Xəbər lenti

Goranboyda “Ağ göyərçinlər” icma layihəsi uğurla yekunlaşdı Fotolar

Tarix: 23-07-2025 18:20     Baxış: 1 057

2024–2025-ci tədris ili çərçivəsində elan olunmuş “İcma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili” qrant müsabiqəsinin qaliblərindən biri olan "Ağ göyərçinlər" icma layihəsi uğurla başa çatdı.  Mubarizciler.az xəbər verir ki layihə Goranboy rayonu Qarasuçu kəndində həyata keçirilib və məktəbəqədər yaşlı uşaqlar üçün inklüziv, əlçatan və inkişafyönümlü təhsil imkanlarının yaradılmasına xidmət edib. Layihənin rəhbəri – Eşqin Axundlu – təşəbbüs və təşkilatçılıq bacarığı ilə bu prosesə peşəkar yanaşmanı təmin edib. Layihə çərçivəsində Qarasuçu kənd tam orta ümumtəhsil məktəbi ilə sıx əməkdaşlıq qurulub. Məktəbin direktoru Allahverdiyev Allahverdi layihəyə aktiv dəstək verərək təşkilati işlərin həyata keçirilməsində mühüm rol oynayıb. Layihənin əsas iştirakçıları arasında həmçinin kəndin valideynləri və təcrübəli tərbiyəçi-müəllim Kərimzadə Nigar da yer alıblar. Nigar müəllimənin pedaqoji bacarıqları və uşaqlara göstərdiyi sevgi nəticəsində məktəbəqədər yaşlı uşaqların psixoloji və intellektual inkişafı istiqamətində əhəmiyyətli nəticələr əldə olunub.


Layihə müddətində:


Uşaqlara yaşlarına uyğun tədris və inkişaf proqramı tətbiq olunub;

Tədris prosesinə interaktiv metodlar və oyunlar daxil edilib;

Valideynlərlə maarifləndirici görüşlər keçirilib;

İcma üzvlərinin təhsilə münasibəti müsbət yöndə dəyişib.

“Ağ göyərçinlər” layihəsi göstərdi ki, icmanın birliyi, pedaqoji dəstək və idarəetmədə şəffaflıq sayəsində kənd mühitində də keyfiyyətli məktəbəqədər təhsil təmin edilə bilər. Layihənin uğuru gələcəkdə bu modelin digər bölgələrdə də tətbiq olunması üçün nümunə ola bilər.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar