Xəbər lenti

22 İyul - Milli Mətbuat və Jurnalistika Günü Ağstafada qeyd edilib Fotolar

Tarix: 23-07-2025 09:06     Baxış: 1 883

22 İyul - Milli Mətbuat və Jurnalistika Günü münasibətilə Ağstafada tədbir keçirilib.

Mubarizciler.az  xəbər verir ki, Ağstafa Rayon İcra Hakimiyyəti başçısı Seymur Orucov tədbiri açaraq mətbuat işçilərini təbrik edib. Qeyd olunub ki, Azərbaycanda Milli Mətbuat Günü 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabi tərəfindən “Əkinçi” qəzetinin buraxıldığı gündə qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Mətbuat Şurası yaradılıb və mətbuat haqqında müvafiq qanunlar qəbul olunub. Ulu öndər Heydər Əliyevin 1998-ci il 16 avqust tarixli “Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında” Fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edilib, media işçilərinə dövlət qayğısının təməli qoyulub. Bu qayğı Prezident İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilir, media işçilərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün müvafiq tədbirlər görülür. Sonda bir sıra mətbuat işçiləri Ağstafa Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olunub




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Bölgə
Fotosesiya
Çox oxunanlar