Xəbər lenti

Orxan Abbasov səyyar qəbul keçirdib Fotolar

Tarix: 30-07-2025 19:55     Baxış: 2 191

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov 30.07.2025-ci il tarixdə Qazaxlar və Əmirvar kəndləri sakinlərinin səyyar qəbulunu keçirib.

 Mubarizciler.az xəbər verir ki, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun Əmirvar kəndində keçirilən səyyar qəbulunda rayonun hüquq-mühafizə orqanlarının, habelə idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri, Qazaxlar və Əmirvar kəndlərinin sakinləri iştirak ediblər. 

İcra başçısı Orxan Abbasov giriş nitqində bildirib ki, Prezident cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, Daşkəsən rayonunda yerli icra strukturları daim əhali ilə təmasdadır və onların problemlərinə həssaslıqla yanaşır. Bu cür səyyar görüşlər də vətəndaş məmnunluğunun təmin olunması, məsələlərin yerində öyrənilərək operativ şəkildə həll edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Qəbul zamanı vətəndaşların müraciətləri dinlənilərək qeydiyyatı aparılıb, onları narahat edən sosial-məişət, infrastruktur, məşğulluq və digər gündəlik problemlər müzakirə olunub. Müraciətlərin bir qismi yerində həll edilib. Əlavə araşdırma tələb edən müraciətlər isə nəzərətə götürülüb.

Sonda sakinlər onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar