Gəncədə 2024-2025-ci tədris ilinin yekunlarına həsr olunmuş hesabat tədbiri keçirilib Fotolar
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən Agentliyin yerli bölmələrində təşkil edilən hesabat xarakterli tədbirlər çərçivəsində Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində görüş keçirilib.
Mubarizciler.az xəbər verir ki, görüşdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, struktur bölmə rəhbərləri və əməkdaşlar iştirak ediblər. Hesabat tədbirində idarənin fəaliyyətinə dair təqdimat nümayiş olunub. İdarənin fəaliyyətindəki əsas istiqamətlərə dair fikir mübadiləsi aparılıb, zəruri olan məsələlərə toxunulub, ümumi fəaliyyətə, statistik göstəricilər əsasında aparılmış müqayisəli təhlillərə nəzər salınıb. Bununla yanaşı təhsil müəssisələrinin rəhbərlərinin iştirakı ilə idarəetmə işinin təkmilləşdirilməsinin, tədrisin keyfiyyətinin yüksəldilməsinin, məktəblərin nüfuzunun artırılması məsələlərinin, eyni zamanda məktəblərin inkişaf planlarının icrası vəziyyətinin diqqət mərkəzində saxlanılması mövzularında görüş keçirilib. Görüşdə tədrisin səmərəli təşkili, təhsil müəssisələrinin fəaliyyətinə nəzarətin artırılması, sertifikasiya, monitorinq, buraxılış imtahanlarının nəticələri və bir sıra digər müvafiq məsələlərə dair müzakirələr aparılıb. Ayrı-ayrı istiqamətlər üzrə nəzərdə tutulan perspektiv məsələlər və növbəti tədris ili üçün qarşıda duran vəzifələr müəyyənləşdirilib, müvafiq tapşırıq və tövsiyələr verilib.
Xəbəri paylaş



