Xəbər lenti

Tərtərdə “Milli İrs və Hibrid Təsir” layihəsi çərçivəsində təlim keçirilib Fotolar

Tarix: 15-07-2025 19:50     Baxış: 2 114

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Bir Təbəssüm” Vətənpərvərliyin Təbliğinə Yardım İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Milli İrs və Hibrid Təsir” layihəsinin üçüncü təlimi Tərtər şəhərində baş tutub. 

Mubarizciler.az xəbər verir ki, Tədbiri layihə rəhbəri İbrahim İbrahimli açaraq layihənin məqsədi və əhəmiyyəti haqqında iştirakçılara məlumat verib. Tədbirdə iştirak edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək informasiya müharibəsi şəraitində milli irsin qorunması, gənclərin milli-mənəvi dəyərlər ruhunda maarifləndirilməsi və informasiya təhlükəsizliyi istiqamətində bu cür təşəbbüslərin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Tədbirin sonunda iştirakçılar maarifləndirici və düşündürücü təlim üçün təşəkkür edərək, qazandıqları yeni biliklərin gələcək fəaliyyətlərinə töhfə verəcəyini bildiriblər.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar