Xəbər lenti
21-08-2026, 13:37
 
19-08-2026, 13:50
 
18-08-2026, 14:05
 

Daşkəsənin İcra başçısı vətəndaşların müraciətlərini dinləyib Fotolar

Tarix: 23-07-2025 14:37     Baxış: 1 498

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov 23.07.2025-ci il tarixdə Zinzahal kəndində vətəndaşların səyyar qəbulunu keçirib.

Mubarizciler.az xəbər verir ki, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun Zinzahal kəndində keçirilən səyyar qəbulunda rayonun hüquq-mühafizə orqanlarının, habelə idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.

İcra başçısı Orxan Abbasov giriş nitqində Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan davamlı kompleks sosial-iqtisadi islahatların ölkənin hər bir yaşayış məntəqəsini əhatə etdiyini vurğulayıb, həmçinin Zinzahal kəndi ərazisində ötən dövrlərdə görülən məqsədyönlü işlərdən söz açıb və nəzərdə tutulan tədbirlər barədə ətraflı məlumat verib. Keçirilən səyyar qəbulun məqsədinin problemlərin öyrənilməsi, vətəndaş müraciətlərinə həssas münasibət göstərməklə onların həlli üçün müvafiq addımların atılması olduğunu qeyd edib. 

Sonra rayon rəhbəri sakinlərin müraciətlərini dinləyib. Qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan məsələlər isə icrası və ya aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata götürülüb.Qəbulda iştirak edən Zinzahal kənd sakinləri görülən işlərə və göstərilən qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar