Xəbər lenti

Tərtərdə şəhid Elşən Əlizadənin valideynləri ziyarət edilib Fotolar

Tarix: 28-07-2025 11:35     Baxış: 1 197

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Milli Məclisin deputatı Anar Məmmədov YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov və Qafqaz Müsəlmanlar İdarəsinin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərovla  birlikdə Tərtər rayonunun İsmayılbəyli kəndində şəhid Əlizadə Elşən Faiq oğlunun ailəsini ziyarət edib, ailənin qayğıları ilə maraqlanıblar.

Mubarizciler.az xəbər verir ki, Əlizadə Elşən Faiq oğlu 1995-ci ilin avqust ayının 10-da Tərtər rayonunun İsmayılbəyli kəndində anadan olub. Vətən müharibəsində oktyabrın 14-də Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olub, oktyabrın 16-da isə doğulduğu kəndin qəbiristanlığında dəfn olunub, subay idi.

Elşən Əlizadə ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə “Vətən uğurunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub. Kənd sakinlərinin təşəbbüsü ilə kənddə I Qarabağ müharibəsi şəhidi Şəmil Quliyev və Vətən müharibəsi şəhidi Elşən Əlizadənin adına bulaq inşa olunub. Şəhidin valideynləri Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlqılarını bildiriblər.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar