Xəbər lenti
15-09-2025, 18:01
 
10-09-2025, 09:44
 

Daşkəsəndə səyyar qəbul keçirildi

Tarix: 16-07-2025 18:29     Baxış: 651

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov 16.07.2025-ci il tarixdə Astaf kəndində vətəndaşların növbəti səyyar qəbulunu keçirib.

Mubarizciler.az xəbər verir ki, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun Astaf kəndində keçirilən səyyar qəbulunda rayonun hüquq-mühafizə orqanlarının, habelə idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.

Giriş nitqi ilə çıxış edən icra başçısı Orxan Abbasov bildirib ki, Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyəsinə əsasən yerlərdə mütəmadi olaraq keçirilən səyyar qəbulların məqsədi sakinlərin problemlərini öyrənmək, onları operativ həll etməkdir. Orxan Abbasov  xüsusilə diqqətə çatdırıb ki, 31 kilometrlik Daşkəsən-Xoşbulaq-Astaf avtomobil yolunun müasir formada yenidən qurulması nəticəsində Qabaqtəpə inzibati ərazi vahidliyində yerləşən Astaf kəndinin də yol məsələsi tam həll edilmiş, əhalinin kəndə gediş-gəlişi asanlaşmış, təsərrüfatların daha da inkişafına şərait yaranmışdır. Habelə kəndin fasiləsiz, dayanıqlı elektrik enerjisi, rabitə və internetlə təchizatı yenidən qurulmuşdur. Hazırda ərazidə turizmin inkişafı, sakinlərin məşğulluğunun artırılması üçün işlər davam etdirilir.

Sonra sakinlərin müraciətləri dinlənilib. İcra başçısı Orxan Abbasov müraciətlərin icrası ilə bağlı aidiyyəti tapşırıqlarını verib. Müraciətlərin qismi yerində həll edilib, bir qismi də nəzarət qaydasında qeydiyyata götürülüb.

Qəbulda iştirak edən Astaf kənd sakinləri göstərilən diqqət və qayğını yüksək qiymətləndirərək, Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov 16.07.2025-ci il tarixdə Astaf kəndində vətəndaşların növbəti səyyar qəbulunu keçirib




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar