Xəbər lenti
15-09-2025, 18:01
 
10-09-2025, 09:44
 

Gəncədə qızıl və gümüş nişana layiq görülən məzunlarla görüş keçirilib Fotolar

Tarix: 21-07-2025 22:45     Baxış: 1 057

Ümumi təhsil müəssisələrinin 2024–2025-ci tədris ili üzrə məzunlarının qızıl və gümüş nişanla təltifi haqqında əmrə əsasən qızıl və gümüş nişana layiq görülən məzunlarla görüş keçirilib. 

Mubarizciler.az xəbər verir ki, Görüşdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, müdir müavini vəzifəsini əvəz edən Elmin Məmmədtağıyev, idarənin əməkdaşları, qızıl və gümüş nişana layiq görülən şagirdlər, onların təhsil aldıqları məktəblərin direktorları, müəllim və valideynləri iştirak ediblər.

Görüşdə məzunları qızıl və gümüş nişana layiq görülmələri münasibətilə təbrik edən idarə müdiri, onlara uğurlar arzulayıb. Görüşün davamında məzunlara qızıl və gümüş nişanlar və attestatlar təqdim edilib. Qeyd edək ki, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrindən 4 nəfər məzun qızıl, 1 nəfər isə gümüş nişana layiq görülüb. 


 Qızıl medala layiq görülənlər

 Hüseyn İsmayılov – Gəncə şəhəri 27 nömrəli məktəb liseyinin məzunu 

Ömər Namazov – Gəncə şəhəri, İsmət Qayıbov adına 1 nömrəli məktəbin məzunu 

Balakişiyeva Səma – Göygöl rayonu, Balçılı kəndi Rizvan Tağıyev adına 2 nömrəli məktəbin məzunu 

Arif Ali Elvin oğlu – Goranboy rayonu, Mahmud Zeynalov adına Dəliməmmədli şəhər məktəbi məzunu

 Gümüş medala layiq görülənlər 

 Osmanov Nazim – Gəncə şəhəri, Nizami Gəncəvi adına 11 nömrəli məktəbin məzunu 

 Bütün məzunlarımızı ürəkdən təbrik edir, onlara yeni mərhələdə uğurlar arzulayırıq!



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar