Xəbər lenti
18-11-2024, 12:06
 

Xəyal Məmmədov: Azərbaycanın enerji siyasəti bütün ölkələr arasında sülh və əməkdaşlıq prinsiplərinə xidmət edir

Tarix: 11-02-2023 21:05     Baxış: 1 802

Azərbaycanın enerji siyasəti bütün ölkələr arasında sülh və əməkdaşlıq prinsiplərinə xidmət edir

Cənubi Qafqazın lider dövləti olan Azərbaycan hazırda Avropanın, eləcə də dünyanın digər bir sıra ölkələrinin enerji təhlükəsizliyini təmin edən ölkədir. Müasir dünyada bu mühüm rola sahib olmaq isə bir qədər mürəkkəb məsələdir və bunun üçün dövlətin düzgün, eyni zamanda düşünülmüş uzunmüddətli strategiyasının olması çox vacibdir. Azərbaycan müstəqillik əldə etdikdən sonra məhz ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə dövlətin enerji siyasəti müəyyənləşdirildi. Prezident İlham Əliyevin yüksək diplomatik məharəti nəticəsində isə Azərbaycan beynəlxalq aləmdə enerji bazarının mühüm aktoruna çevrildi. Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində çıxış edən cənab Prezident İlham Əliyev Azərbaycanın müstəqillik illərində öz enerji təhlükəsizliyinə sərmayə yatırdığına, daxili bazarda tələbatları tam təmin etdiyinə diqqət çəkdi və hazırda sayı artan ölkələrin enerji təhlükəsizliyində get-gedə daha mühüm rol oynamağa çalışdığını qeyd etdi.Azərbaycan son illər ərzində Prezident İlham Əliyevin uğurlu siyasəti sayəsində hərtərəfli inkişaf yolu keçib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və  xarici siyasət sayəsində Azərbaycan bugünki yüksəlişə və inkişafa nail olub. Prezident İlham Əliyevin cari ilin 3 fevral tarixində “Gülüstan” sarayında  Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışında qeyd etdiyi kimi, layihələr gələcəyə doğru hesablanmalıdır. Tədbirdə Avropa İttifaqının, Türkiyə, İtaliya, ABŞ, Böyük Britaniya, Gürcüstan, Macarıstan, Rumıniya, Bolqarıstan, Yunanıstan, Albaniya, Moldova, Monteneqro, Serbiya, Ukrayna və Xorvatiyanın yüksək səviyyəli nümayəndələri iştirak edirdilər.  Azərbaycanın bu cür mötəbər beynəlxalq əhəmiyyətli tədbirə ev sahibliyi etməsi dövlətimizin dünyanın siyasi arenasında artan nüfuzundan xəbər verir.   Azərbaycan enerji təhlükəsizliyi baxımından Avropa ölkələri üçün böyük əhəmiyyət kəsb edən strateji tərəfdaşdır. Çünki Azərbaycan özünün enerji təhlükəsizliyini təmin edib. İclasda çıxış edən dövlət başçısı bildirib ki, Cənub Qaz Dəhlizi layihəsinin icrasında müəyyən yubanmalar oldu, lakin biz onu mümkün qədər tez başa çatdırmağa çox sadiq idik. İndi isə biz artıq onun genişləndirilməsi haqqında danışırıq. Cənub Qaz Dəhlizi iki ildən artıqdır ki, açılıb.

Bu gün biz artıq TANAP-ın 16 milyard kubmetrdən 30 milyard kubmetrə qədər genişləndirilməsini nəzərdən keçiririk və TAP-ın 10 milyard kubmetrdən 20 milyard kubmetrə genişləndirilməsi haqqında danışırıq. Rumıniya enerji təhlükəsizliyi məsələlərinə böyük diqqət yetirir. Rumıniya ilə gələcək ümumi addımlar əlaqələndirmə nəticəsində atılacaqdır. Enerji təchizatının davamlı şaxələndirilməsi zəruridir. Azərbaycan buna hazırdır. Ona görə, əvvəlki illərdə birgə səylərimizlə görülmüş bütün işlər bu gün bizim səlahiyyətimizdədir və bizim heyətimiz daha da böyüyür.

    Hazırda ölkə daxilində enerji səmərəliliyi üzərində işlər aparılır. Avropaya qaz təchizatının artırılması ilə bağlı Avropa Komissiyası ilə imzalanmış Anlaşma Memorandumundan dərhal sonra Azərbaycandan daha çox qazın təchiz edilməsi məqsədilə əlavə imkanların yaradılması üçün fəal şəkildə işlər görülür. İtkilərin azaldılması proqramı, o cümlədən elektrik enerji və təbii qazın kombinasiyası əsasında daxili istehlak proqramı üzərində işlər aparılır. Prezident İlham Əliyev Avropaya qaz ixracının 2027-ci ilə qədər iki dəfə artırmağı planlaşdırdıqlarını və bunun mümkün olduğunu bildirərək qeyd etmişdir ki, təbii qaz ixracı artır - 2021-ci ildə təxminən 19 milyard kubmetr, ötən il isə 22,6 milyard kubmetr olmuşdur. Biz bu il onun 24,5 milyard kubmetr olmasını gözləyirik. Cənub Qaz Dəhlizi vasitəsilə ötürülən təbii qaz həcminin 2 dəfə artırılması, yaşıl enerji resurslarının istehsalı və Avropaya nəqli ilə bağlı intensiv şəkildə aparılan danışıqlar və imzalanan sənədlər Azərbaycanın enerji siyasətinin Avropa üçün xilas mənbəyi olduğunu göstərir.

Cənub Qaz Dəhlizinə və Azərbaycanın digər enerji layihələrinə getdikcə artan maraq da onu göstərir ki, Azərbaycanın enerji siyasəti bütün ölkələr arasında sülh və əməkdaşlıq prinsiplərinə xidmət edir. Azərbaycanın qaz ixracı ildən-ilə artır.  Azərbaycan xarici siyasi kursunda dövlətlərlə uğurlu əlaqələrin qurulmasına böyük önəm verir. Ölkəmiz verdiyi bütün vədlərə sadiq qalaraq, təkcə sözdə deyil, əməldə də etibarlı və güvənli  tərəfdaşdır. Məhz bu baxımdan digər dövlətlər Azərbaycanla müxtəlif sahələr üzrə birgə layihələrin reallaşdırılmasında maraqlıdır.

Artıq bu gün Azərbaycan bölgədə neft-qaz ixracatçısı kimi və lider dövlət olaraq etibarlı strateji tərəfdaş mövqeyini nümayiş etdirir. Azərbaycanın gündən günə artan qüdrəti müstəqil dövlətimizin parlaq gələcəyinə və ölkəmizin çiçəklənməsinə çox böyük zəmin yaradır.Xəzər dənizində külək enerjisi potensialı 157 qiqavatdır. Quruda isə külək və günəş enerjisi potensialı 27 qiqavatdır. Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş ərazilərdə külək və günəş enerjisi potensialı 10 qiqavatdan çoxdur. 500 meqavatlıq günəş enerjisi stansiyasının tikilməsinə dair danışıqlar aparılır. Avropa Komissiyası, həmçinin ABŞ və Böyük Britaniya hökumətləri layihəyə davamlı dəstək göstərir, eləcə də investisiya və maliyyə imkanları da daxil olmaqla geniş əməkdaşlıq üçün güclü bünövrə təmin edirlər. Cənab Prezidentin qeyd etdiyi kimi SOCAR və BP bir-birilə strateji əlaqələr qurmuş iki aparıcı şirkətdir.

Azərbaycanda “Masdar” və “ACWA Power” kimi investorlarla birlikdə günəş və külək enerjisinin istehsalı ilə bağlı iki sərmayə layihəsi həyata keçirilir. Bu layihələrin ümumi həcmi 470 meqavatdır. Azərbaycanın özünün də maliyyə imkanları var. Eyni zamanda, Dünya Bankı və beynəlxalq banklar da Azərbaycana dəstək göstərməyə davam etmək niyyətindədir. Bu Azərbaycanın ildən-ilə artan nüfuzunun, dövlətimizə olan inamın təzahürüdür. Bakıda keçirilən Cənub Qaz dəhlizinin Məşvərət Şurası nazirlərinin 9-cu görüşü və ilk dəfə yaşıl enerji ilə bağlı görüş Azərbaycan üçün enerji sahəsi ilə əlaqədar yeni imkanlar vəd edir. Azərbaycanın enerji sahəsində əməkdaşlıq etdiyi ölkələrin sayı getdikcə artacaqdır. Bir sözlə, Avropa qitəsində həm təbii qaz, həm də bərpaolunan enerji istehsalı ilə bağlı gələcək planlarımız uğurlu olacaqdır. Azərbaycanın dünya iqtisadiyyatına uğurlu inteqrasiyası ölkəmizin parlaq gələcəyini şərtləndirən vacib amillərdən biridir.

      Enerji amili, ölkəmizin yüksək tranzit potensialının olması, ən əsası isə cənab Prezident İlham Əliyevin düşünülmüş enerji diplomatiyası, uğurla həyata keçirilən bütün layihələr ölkəmizin iqtisadi imkanlarını gücləndirir. Neft-qaz sektorundan əldə edilən gəlirlər iqtisadiyyatımızın qeyri-neft sektoruna yönəldilir ki, nəticədə ölkəmizin hərtərfli inkişafı təmin edilmiş olur.

Xəyal Məmmədov,

YAP Goranboy rayon təçkilatının fəalı.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar