Xəbər lenti

Vilayət Eyvazov Qubada vətəndaşları qəbul edib - Fotolar

Tarix: 18-07-2024 17:36     Baxış: 1 274

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iyulun 17-də və 18-də Quba Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.

Mubarizciler.az xəbər verir ki, Rayon Polis Şöbəsinin inzibati binasında Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı şəhər və rayonlarından qəbula gələn 296 vətəndaşın müraciətini dinləyən nazir onların problemlərinin həlli üçün nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib.

Müraciətlərin əksəriyyətinin yerində həlli ilə bağlı tədbirlər görülüb.

Səfər çərçivəsində general-polkovnik V.Eyvazov bölgə üzrə polis orqanlarında sıravi və kiçik rəis heyətinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib. 24 Vətən müharibəsi iştirakçısının da qatıldığı sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 180 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.






Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar