Xəbər lenti
18-03-2025, 11:29
 

Xalq artisti Nəsibə Zeynalovanın anadan olmasının 118 ili tamam olur

Tarix: 20-04-2024 12:38     Baxış: 1 484

Bu gün Xalq artisti Nəsibə Zeynalovanın anadan olmasının 118  ili tamam olur.

Mubarizciler.az xəbər verir ki, Nəsibə Zeynalova 1916-cı il aprelin 20-də Bakıda anadan olub. 

O, Bakı Teatr Məktəbində aktyorluq təhsili alıb, Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışıb. Aktrisa tamaşalarda Gülpəri, Cahan xala, Sənəm (“Ər və arvad”, “Arşın mal alan”, “Məşədi İbad”) kimi obrazlarda çıxış edib. Tərcümə əsərlərindən Kabato və Barbale (“Keto və Kote”), Ziraldina (“İki ağanın bir nökəri”), Zivər xanım (“Məhəbbət gülü”), Qesiya (“Tiflis nəğməsi”), Gülbadam (“Qız anası”) rollarını ifa edib. Kino obrazları içərisində Fatmanisə (“Ögey ana”), Telli (“Böyük dayaq”), Züleyxa (“Ulduz”), Cənnət xala (“Qayınana”), Gülsüm (“Molla Fətəlinin sərgüzəşti”), Əsli xala (“Bəyin oğurlanması”) rolları ona şöhrət qazandırıb. Bədii filmlərdə yaratdığı bir sıra obrazlar “Azərbaycanfilm” kinostudiyasının qızıl fonduna daxil edilib.

Xalq artisti 2004-cü ildə vəfat edib. 




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar