Xəbər lenti

Müəllimlər cəmiyyətin memarlarıdır desək, yəqin ki, səhv etmərik 0

Tarix: 27-01-2024 01:14     Baxış: 1 652

Müəllimlər cəmiyyətin memarlarıdır desək, yəqin ki, səhv etmərik. 

Bu danılmaz bir həqiqətdir ki, hər kəsin layiqli vətəndaş kimi formalaşmasında müəllimlərimizin əvəzsiz xidmətləri vardır.

Əsl müəllim orta və ya ali məktəblərdə təkcə bilik vermir, o, həm də müdrik şəxsiyyətlərin dediyi kimi, cəmiyyətin ruhunu tərbiyə edir. Bu nöqteyi-nəzərdən düşünürəm ki, Niyaməddin Hacıyev müəllim  sözün həqiqi mənasında öz peşəsini sevən, sevdirən və yaşadığımız zamanın ruhunu cilalayan ustaddır. Niyaməddin müəllimin adı gələndə vaxtilə onun tələbəsi olmuş tarixçilərin çoxunun üz - gözündə xoş ifadələr yaranır. Hər biri “Niyaməddin  müəllim həm də mənim dostumdur” deyib haqqında bir-birindən maraqlı xatirələr danışır. Əgər dostluğun yüz şərti varsa, bizim Niyaməddin müəllim onun bütün şərtlərinə əməl edən ən yaxşı DOSTDUR.Müəllimlik dünyada ən çətin, eyni zamanda, ən şərəfli və ən gözəl peşədir. Hər birimizin layiqli vətəndaş kimi yetişməyimizdə müəllimlərimizin əvəzsiz xidmətləri olmuşdur. Müəllim əməyinin nəticəsində savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Müəllim yeni cəmiyyət quruculuğunun və gənc nəslin mənəvi aləminin memarı, cəmiyyətin etibar etdiyi şəxsdir. Çox hörmətli müəllim sizi doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir uzun ömür can sağlığı arzulayıram. Niyaməddin müəllimin şəxsiyyətinə böyük hörmət və ehtiramla....

Gəlin, alqış deyək, dostlar, ürəkdən.

Əsl müəllim tək yaşayanlara

Şeirimlə gül dəstə bağlayıram mən

Bu adı şərəflə daşıyanlara.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar