Bu gün Səfa Ağayevin doğum günüdür 0
Dəyərli ziyalı, ömrünü gənc nəslin və onların əsl vətəndaş kimi tərbiyə olunmasına həsr etmiş Yeni Azərbaycan Partiyası İmişli rayon Təşkilatının sədri Səfa Ağayevin 62 yaşı tamam olur.
Səfa müəllim İmişlidə özünün ziyalı mövqeyi ilə, dövlətinə və xalqına sədaqəti ilə hamının rəğbətini qazanmış şəxsiyyətdir.
Səfa müəllim bu gün də öz peşəsinə sədaqət nümunəsi göstərərək dövlətimizə və cəmiyyətimizə layiq vətəndaş olmaları üçün əlindən gələni əsirgəmir.
Səfa Ağayev Heydər Əliyev ideyalarına sadiq, möhkəm əqidəli və vətənpərvər şəxsiyyət kimi uzun müddət müxtəlif sahələrdə uğurlu fəaliyyət göstərərək öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirib və ölkəmizin inkişafına sanballı töhfələr verib.
Səfa Ağayev Ümummilli Liderin zəngin dövlətçilik irsinin və əbədiyaşar ideyalarının, Yeni Azərbaycan Partiyasının tarixi ənənələrlə müasir çağırışların vəhdətinə və varislik prinsipinə əsaslanan siyasi dəyərlərinin gənc nəslə aşılanması istiqamətində məqsədyönlü fəaliyyətinizi uğurla davam etdirərək partiyamızın həyatında yaxından iştirak edir.
Səfa Ağayev Ümummilli Liderin ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edən, Azərbaycanın tərəqqisində müstəsna rol oynayan Yeni Azərbaycan Partiyasının həyatında yaxından iştirak etməkdən qürur duyur.
Mubarizciler.az saytı olaraq dəyərli ziyalı və şəxsiyyət Səfa müəllimi doğum günü münasibətilə təbrik təbrik edir, möhkəm can sağlığı arzulayırıq.
Nə yaxşı ki, Sizin kim ziyalılarımız var, Əziz və hörmətli Səfa müəllim.
Babək Hüseynov
Xəbəri paylaş