Xəbər lenti

Şəmkir İcra Hakimiyyəti tərəfindən aparılan geniş abadlıq-quruculuq işləri artıq yekunlaşıb - FOTO 0

Tarix: 27-12-2023 15:23     Baxış: 1 820


Şəmkir şəhərinin 5 küçəsində və 5 parkında rayon İcra Hakimiyyəti tərəfindən aparılan geniş abadlıq-quruculuq işləri artıq yekunlaşıb.

Mubarizciler.az xəbər verir ki, rayonun Mübariz İbrahimov (6-cı küçə), Əhməd Cavad (Heydər Əliyev prospekti - 9-cu küçə), Hüseyn Cavid (5-ci küçə - 13-cü küçə) küçələrində rayon İcra Hakimiyyətinin sifarişilə görülən işlər haqqında verilmiş məlumatların davamı olaraq bildiririk ki, artıq M.P.Vaqif küçəsinin 5-ci - 7-ci küçələr arası hissəsində, M.Füzuli küçəsinin isə 5-ci - 13-cü küçələr arası hissəsində abadlıq işləri yekunlaşdırılıb. 

Həmçinin Həsən Əliyev küçəsinin 5-ci - 13-cü küçələr arası hissəsi də yenilənərək sakinlərimizin istifadəsinə verilib. 

Qeyd olunan küçələrdə aparılan abadlıq işləri çərçivəsində divarların sment-əhəng məhlulu ilə suvanması, fasadların boyanması, əhəng daşından üzlük tavalarla divarların üzlənməsi, aqlay haşiyələrin və ya təbii qaya daşlarının qoyulması, metal və taxta səthlərin rənglənməsi həyata keçirilib.

Görülən işlər sakinlərimiz tərəfindən minnətdarlıqla qarşılanıb.

Şəhərimizdə davamlı olaraq aparılan abadlaşdırma işləri Şəmkirin estetik görünüşünün gözəlləşdirilməsinə, sakinlərimiz üçün rahat yaşam şəraitinin yaradılmasına xidmət edir.

Həmçinin bildirək ki, Şəmkir şəhərində “Abad həyət” layihəsi çərçivəsində binaların fasadları və giriş hissələrində təmir-bərpa işlərinin aparılması, yaşıllıqlların salınması, böyüklərin və uşaqların istirahəti üçün qurğuların quraşdırılması işləri də planlaşdırılır.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar