Xəbər lenti
21-06-2026, 19:21
 
21-06-2026, 19:17
 

Goranboy rayonu ərazisində qanunsuz tikintilərlə bağlı qanunamüvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir - FOTO 0

Tarix: 21-12-2023 13:38     Baxış: 6 398


Goranboy rayonununda heç bir hüquqmüəyyənedici sənəd olmadan və mövcud qanunvericiliyin tələblərinə uyğun müvafiq razılıq alınmadan qanunsuz tikinti işlərinin aparılması faktı müəyyən olunmuşdur. Goranboy rayon İcra Hakimiyyətinin aidiyyəti məsul şəxslərinin iştirakı ilə FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində, Xan Qərvənd bələdiyyəsi ərazisində  kənd sakini Ələkbərov Namiq Əli oğlu tərəfindən qanunsuz inşa edilmiş  obyekt   sökülmüşdür. Sözügedən ərazidə aparılan işlər Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin və torpaq qanunvericiliyinin tələbləri kobud şəkildə pozulmaqla həyata keçirilib. Mubarizciler.az-ın məlumatına görə, Tikinti sahibi dəfələrlə edilmiş şifahi xəbərdarlıqlara məhəl qoymadığından, Goranboy RİH-nin və Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşlarının birgə iştirakı ilə müvafiq tədbirlər görülüb və nəticədə qanunsuz  tikili sökülərək ərazi nəzarətə götürülüb.

Goranboy RİH, aidiyyəti dövlət qurumları ilə birgə, rayon ərazisində heç bir hüquqmüəyyənedici sənəd olmadan və mövcud qanunvericiliyin tələblərinə uyğun müvafiq razılıq alınmadan aparılacaq qanunsuz tikinti işlərinin qarşısının alınması istiqamətində qanunamüvafiq tədbirlərin görülməsini davam etdirəcəkdir.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar