Xəbər lenti

Şəmkirin parklarında aparılan abadlıq işləri artıq yekunlaşıb - FOTO 0

Tarix: 19-12-2023 00:46     Baxış: 6 790


Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən tərtib edilmiş plana əsasən şəhərimizin parklarında aparılan abadlıq işləri artıq yekunlaşıb.

Mubarizciler.az xəbər verir ki, Abadlıq işləri aparılan parklardan biri də şəhərimizin ən böyük və əhalinin kütləvi axını olan Şəmkir Şəhər Mərkəzi Parkıdır. 

Mərkəzi parkda aparılmış abadlıq işləri çərçivəsində parkın elektrik və işıqlandırma sistemi yenidən qurulmuş, sıradan çıxmış lampalar yeniləri ilə əvəz olunmuş, işıq dirəkləri, o cümlədən skamyalar, tullantı qabları təmir olunaraq rənglənmişdir. 

Bununla yanaşı Şəmkir Şəhər Mərkəzi Parkında əvvəllər mövcud olmuş velosiped yolu bərpa edilərək asfalt örtüyü salınmış, müvafiq xətlər çəkilmişdir. İlk dəfə olaraq parkda kiçik yaşlı sakinlərimizin əyləncəsi üçün uşaq oyun meydançası, eyni zamanda digər yaş qruplarından olan sakinlərimizin sağlam həyat tərzinin təmin olunması üçün açıq idman meydançası yaradılıb, idman qurğuları quraşdırılıb. 

Şəmkir Rayon İcra Hakimiyyəti olaraq görülən işlərdə məqsədimiz sakinlərimizin asudə vaxtlarının, istirahətinin daha yaxşı təşkili, eyni zamanda sağlam həyat tərzinin təbliğ olunmasıdır.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Çox oxunanlar