Xəbər lenti

Şəhid Nahid Ağalarovun doğum günüdür 0

Tarix: 14-12-2023 00:21     Baxış: 7 021

Bir ailədən iki Şəhid var... Ailədə 6 oğul böyüdən Ata, 2 oğlunu Vətən yolunda qurban verib. 

Bu atanın adı Musa Ağalarovdur.

Birinci övladı Ağalarov Yaşar Musa oğlu 29 noyabr 1975-cü ildə Goranboy rayonunun Xanqərvənd kəndində anadan olub.

Orta məktəbi bitirdikdən sonra 1993-cü il noyabr ayında hərbi xidmətə çağırılıb.

26 aprel 1994-cü il Tərtər rayonunun Qapanlı və Seysulan kəndi uğrunda gedən döyüşlərdə itkin düşüb.

Subay idi.

Haqqında heç bir məlumat əldə edilmədiyinə görə

Şəhidlik statusu verilib.


Vətən müharibəsində minaya düşərək şəhid olan qəhrəmanımız:


Şəhid Nahid Ağalarovun doğum günüdür.


Ailənin ikinci şəhid övladı Ağalarov Nahid Musa oğlu 14 dekabr 1983-cü ildə Goranboy rayonu Xanqərvənd kəndində  anadan olub.

Orta məktəbi bitirdikdən sonra, 2002-2003-cü illərdə hərbi xidmətdə olub. 

2014-cü ildə isə yenidən  ordu sıralarına yollanıb.

Müdafiə Nazirliyinin “N”-saylı Hərbi hissəsində MAXE vəzifəsində fəailiyyət göstərirdi.

Vətən müharibəsi başladığı andan isə ön cəbhədə Vətənin ərazi bütövlüyünün bərpası uğrunda döyüşlərdə canla, başla vuruşaraq qardaşının qisasını almağı özündə hədəf seçmişdi.

Qəhrəmanımızın ərazi bütövlüyümüzün bərpası və qardaşının qisası arzusu həyata keçir, lakin 23 noyabr 2020-ci il tarixində Şuşa yolunda minaya düşərək şəhidlik zirvəsinə ucalıb.

Ailəli idi.

Şəhidimizin Vətənə əmanət  bir qız övladı yadigar qaldı...



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Çox oxunanlar