Xəbər lenti

İcra başçısının növbəti səyyar görüşü İmişli rayon Bəcirəvan kəndində keçirilib - FOTO 0

Tarix: 07-11-2023 19:00     Baxış: 10 808


  Mövcud problemləri yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev bu gün təqvim planına uyğun olaraq növbəti səyyar qəbul-görüşünü rayonun Bəcirəvan və Ağcüyür kənd sakinləri ilə keçirib.

Mubarizciler.az xəbər verir ki, Görüşdə RİH-nin məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar xidmət təşkilatlarının rəhbərləri və sakinlər iştirak ediblər.


 Giriş nitqi ilə çıxış edən icra başçısı sakinləri qarşıdan gələn şanlı tariximizin ən şərəfli və qürurverici səhifələrinə həkk olunmuş “8 noyabr – Zəfər günü” münasibətilə təbrik edib, Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordumuzun düşmən üzərində qazandığı böyük qələbənin xalqımızın əsl qəhrəmanlıq səlnaməsinə çevrildiyini qeyd edib. O, həmçinin ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş son qərarlardan danışaraq bütün bunların vətəndaşlara olan dövlət qayğısının göstəricisi olduğunu vurğulayıb. Daha sonra səyyar qəbulda iştirak edən sakinlərin müraciət, təklif və xahişləri dinlənilib. Müraciətlərdə qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq tapşırıqlar verilib və onların icrası nəzarətə götürülüb.

Babək Hüseynov.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar