Xəbər lenti

Şə𝐦𝐤𝐢𝐫 şə𝐡ə𝐫𝐢𝐧𝐢𝐧 𝟓 𝐩𝐚𝐫𝐤ı𝐧𝐝𝐚 𝐯ə 𝟓 𝐤üçə𝐬𝐢𝐧𝐝ə 𝐚𝐛𝐚𝐝𝐥ı𝐪 𝐢ş𝐥ə𝐫𝐢 𝐚𝐩𝐚𝐫ı𝐥𝐚𝐜𝐚𝐪 - FOTO 0

Tarix: 13-10-2023 11:09     Baxış: 1 820

Şə𝐦𝐤𝐢𝐫 şə𝐡ə𝐫𝐢𝐧𝐢𝐧 𝟓 𝐩𝐚𝐫𝐤ı𝐧𝐝𝐚 𝐯ə 𝟓 𝐤üçə𝐬𝐢𝐧𝐝ə 𝐚𝐛𝐚𝐝𝐥ı𝐪 𝐢ş𝐥ə𝐫𝐢 𝐚𝐩𝐚𝐫ı𝐥𝐚𝐜𝐚𝐪, 𝐌ə𝐫𝐤ə𝐳𝐢 𝐏𝐚𝐫𝐤𝐝𝐚 𝐚çı𝐪 𝐢𝐝𝐦𝐚𝐧 𝐦𝐞𝐲𝐝𝐚𝐧ç𝐚𝐬ı 𝐯ə 𝐮ş𝐚𝐪 𝐨𝐲𝐮𝐧 𝐦𝐞𝐲𝐝𝐚𝐧ç𝐚𝐬ı 𝐪𝐮𝐫𝐚ş𝐝ı𝐫ı𝐥𝐚𝐜𝐚𝐪

Şəmkir şəhərində genişmiqyaslı abadlıq-quruculuq işləri davam etdirilir. Hazırda rayon İcra Hakimiyyəti tərəfindən icra olunan layihə çərçivəsində şəhərin 5 küçəsində və 5 parkında abadlıq və cari təmir işlərinə start verilib.

Mubarizciler.az xəbər verir ki, M.İbrahimov, Vaqif, M.Füzuli, H.Cavid və Ə.Cavad küçələrində divarların sement-əhəng məhlulu ilə suvanması, fasadların boyanması, əhəng daşından üzlük tavalarla divarların üzlənməsi, aqlay haşiyələrin qoyulması, metal səthlərin rənglənməsi və digər işlər aparılır.

Bununla yanaşı Şəmkir Şəhər Mərkəzi Parkında, o cümlədən İstiqlal, Abidələr, Xəqani İbrahimli və Bayraq Meydanı parklarında elektrik sisteminin yenilənməsi, sıradan çıxmış lampaların yeni, müasir standartlara uyğun lampalarla əvəzlənməsi, fəvvarələrin təmiri, su nasoslarının yeniləri ilə əvəz olunması, yeni tullantı qutularının yerləşdirilməsi, skamyaların yenilənməsi, metal səthlərin boyanması, o cümlədən sıradan çıxmış üzlüklərin dəyişdirilməsi və digər işlər icra olunmaqdadır.

Xüsusilə qeyd etmək istəyirik ki, kiçik yaşlı sakinlərimizin əyləncəsi üçün Şəmkir Şəhər Mərkəzi Parkda uşaq oyun meydançası, eyni zamanda digər yaş qruplarından olan sakinlərimizin sağlam həyat tərzinin təmin olunması üçün açıq idman meydançası, idman qurğuları quraşdırılacaqdır.

Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən sakinlərimizin asudə vaxtının səmərəli keçirilməsi, istirahətinin təmin olunması, şəhərimizin abadlaşdırılması və gözəlləşdirilməsi məqsədilə aparılan işlər davam etdiriləcəkdir.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Çox oxunanlar