Xəbər lenti
8-05-2026, 14:49
 

İmişli rayonunda Şəhidlərin xatirəsinə ağacəkmə aksiyası keçirilib - FOTO 0

Tarix: 28-09-2023 00:08     Baxış: 2 821

  Sentyabrın 26-da İmişli şəhərinin A.Şadlinski küçəsində yerləşən Şəhidlər Xiyabanında ağacəkmə aksiyası keçirilib.

Mubarizciler.az-ın məlumatına görə,  İmişli rayonunda yaşamış və 44 günlük Vətən Müharibəsində canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələrinə həsr olunan aksiyada İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, gənc könüllülər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Həyata keçirilən aksiya zamanı qeyd olunan əraziyə 200-ə yaxın ağac əkilib, yeni əkilən tinglər suvarılıb və ərazidəki digər ağaclara aqrotexniki qaydada qulluq göstərilib.   Qeyd edək ki, vətənimizin bu mərd, cəsur övladarı ali bir amal - Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda döyüşərkən şəhidlik zirvəsinə ucalıblar. Şəhidlərin xatirəsi daim uca tutulur, şəhid ailələri isə dövlətin diqqət və qayğısı ilə əhatə olunublar.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar