Xəbər lenti

27 Sentyabr – Anım Günü Naftalan Şəhərində qeyd edildi - FOTO 0

Tarix: 27-09-2023 20:00     Baxış: 1 526


27 sentyabr 2020-ci il tarixdə Ermənistan silahlı qüvvələrinin Azərbaycana növbəti təxribatının qarşısını alınması məqsədilə Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuzun əks-hücum əməliyyatı nəticəsində uzun illər düşmən tapdağı altında olan torpaqlarımız yağı düşmən tapdağından azad edildi.

Vətən müharibəsinin təntənəsi təkcə işğal altındakı torpaqların yağı düşməndən qurtuluşu deyil, eyni zamanda, Azərbaycan xalqının milli kimliyinin nə qədər yüksək olduğunun bütün dünyaya nümayişidir.

Mubarizciler.az xəbər verir ki, Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 27 Sentyabr – Anım Günü ilə bağlı tədbir keçirilib.

Tədbirdə ŞİH-nin başçısı, hüquq mühafizə orqanlarının rəhbərləri, YAP Naftalan şəhər təşkilatının sədri, şəhər Ağsaqqallar Şurasının sədri, şəhid ailələri, qazilər, ziyalılar, şəhər ictimaiyyəti nümayəndələri iştirak edib. 

Şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq ucaldılmış Memorial Xatirə Kompleksi ziyarət olunub, gül dəstələri düzülüb, şəhidlərin xatirəsi ehtiramla anılıb.

Daha sonra ağacəkmə aksiyası keçirilib. 

Respublikanın hər yerində olduğu kimi saat 12:00-da şəhər ərazisində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Çox oxunanlar