Xəbər lenti
Dünən, 15:45
 

Yaşlılara və qocalara qadağan olunurdu - Pomidor şirəsi nələrə dərmandır? 0

Tarix: 30-08-2023 10:39     Baxış: 1 792


Pomidor şirəsi susuzluğu yatırtmaqla, həm də qidalı, xoşagələn içkidir. Bir stəkan pomidor şirəsi insanın gündəlik A və C vitamininə olan tələ- batını ödəyir. Təzə pomidor və onun şirəsi avitaminozun profilaktikası üçün çox yaxşı vasitə hesab olunur. Bundan başqa, pomidor şirəsi mədədə şirəqovucu təsirə də malik olduğundan qida həzmini də yaxşılaşdırır.

Konservləşdirilmiş şirə də təzə pomidor kimi bioloji fəallığa malikdir. Son dövrlərə qədər belə hesab olunurdu ki, pomidorda turşəng (quzuqulağı) turşusu çoxdur və bu, orqanizmdə duz mübadiləsinə mənfi təsir göstərir.

Ona görə pomidoru yaşlıların və qocaların qidasından çıxarmağı məsləhət görürdülər. Lakin bu fikir tamamilə səhvdir. Düzdür, pomidorda olan turşəng turşusu turşəngdən, ispanaqdan, kartofdan və çuğundurdan çoxdur. Lakin podaqranın inkişafına təsir edən purinlər pomidorda başqa bitki məhsullarına nisbətən azdır. Ona görə müasir dövrdə heç bir qorxu olmadan uşaqların, yaşlıların və qocaların qida rasionuna pomidoru əlavə etmək olar.

Tərkibində vitaminlər və kalium olduğundan pomidor ürək-damar sistemi xəstəliklərində və maddələr mübadiləsinin pozulmasında məsləhət görülür. Pomidor zərif sellülozası ilə fərqləndiyindən mədə-bağırsaq xəstəliyi zamanı əsas qidada istifadə olunur.

Eksperiment və kliniki təcrübələr zamanı müəyyən edilmişdir ki, sürtgəcdən keçirilmiş pomidor və pomidor şirəsi irinləyən yaralarda bəzi mikroblara öldürücü təsir göstərir. Eyni zamanda, çiy pomidordan hazırlanmış sıyığabənzər məhsul sıxılmış şirəyə nisbətən daha çox antibakterial təsirə malikdir.

Lakin pomidor şirəsini istifadə etmək daha rahatdır. Tibbi təcrübədə pomidor şirəsindən irinli yaraların və xoraların müalicəsində müvəffəqiyyətlə istifadə olunması haqqında məlumatlar çoxdur. Pomidorun bu xassəsi onun tərkibində fitonsidlərin olması ilə şərtlənir. Pomidorun fitonsidlərinin fəallığı o qədər yüksəkdir ki, ondan bağlarda bitkilərin zərərvericiləri ilə mübarizədə də istifadə edirlər.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar