Goranboyda Təhsil Sektorunun təşkilatçılığı ilə “Gələcəyimiz üçün ağac əkək” devizi ilə ağacəkmə aksiyası keçirilib - FOTO 0
“Gələcəyimiz üçün ağac əkək” devizi ilə ağacəkmə aksiyası keçirilib.
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 noyabr tarixli 3623 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Gəncə - Daşkəsən Regional Təhsil İdarəsi Goranboy-Naftalan rayonları üzrə Təhsil Sektorunun təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.
Nubarizciler.az xəbər verir ki, Keçirilən aksiyada ərazi kol-koslardan təmizlənib, ərazidəki qurumuş şam ağacları yenisi ilə əvəz edilərək yeni şam ağacları əkilib eyni zamanda suvarılma işləri həyata keçirilib.
“Bir ağacı əkib - böyütmək, bir övladı böyütməyə bərabərdir.” Bəli, bu müdrik kəlam da Ulu Öndər Heydər Əliyevə məxsusdur. Müasir, müstəqil, demokratik Azərbaycan dövlətinin qurucusu və memarı Ümummilli Lider Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə ətraf mühitin mühafizəsinə, ekologiyanın qorunmasına, yeni - yeni yaşıllıqların və parkların salınmasına xüsusi diqqət yetirilmiş, bu sahədə çox önəmli addımlar atılmışdır.
Bu gün də bütün sahələrdə olduğu kimi, bu sahədə də Ulu Öndərin ənənələri, dəsti - xətti Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Eyni zamanda ölkəmizin Birinci-vitse prezidenti Mehriban xanım Əliyevanın yaxından iştirakı ilə ətraf mühitin sağlamlaşdırılması, ekoloji vəziyyətin yaxşılaşdırılması, Vətənimizin yaşıllıqlar diyarına çevrilməsi naminə gördüyü işlər ekoloji mədəniyyətin formalaşması prosesinə töhfə olmaqla xalqımız tərəfindən yüksək dəyərləndirilir.
2023-cü il “Heydər Əliyev İli” çərçivəsində respublikamızın hər yerində olduğu kimi Goranboy rayonunda da silsilə tədbirlər davam etdirilir. Tədbirdə Goranboy-Naftalan rayonları üzrə Təhsil Sektorunun müdiri Xəyal Məmmədov, Məktəb direktorları, ictimaiyyət nümayəndələri və könüllülər iştirak edirdilər. Aksiyanın təşkil edilməsində əsas məqsəd Azərbaycanda ətraf mühitin qorunması və mühafizəsini hər zaman diqqətdə saxlamış Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etməklə yanaşı yaşıllıqların salınması və qorunması hissini gənc nəslə aşılamaq onları ekoloji problemlərə qarşı mübarizəyə səsləmək, həmçinin Goranboyluların Ulu Heydər Əliyev ənənələrinə daim sadiq qaldıqlarını və Ümummilli Liderə olan hörmət və ehtiramlarını bir daha nümayiş etdirmək olmuşdur.
Aksiya zamanı sözügedən ərazidə 200-dən çox eldar şamı əkilib və ərazidə olan ağaclara qulluq göstərilib.
Elçin Tağıyev.
Xəbəri paylaş



