Xəbər lenti

Zoğalın özünü yeyək, yoxsa mürəbbəsini? 0

Tarix: 23-08-2023 12:07     Baxış: 987

Zoğalın özünü yeyək, yoxsa mürəbbəsini?

Yayın son ayında yetişən zoğal ancaq avqust-sentyabr aylarında təzə-təzə yeyilə bilir. Lakin 4 fəsildə də yeyilə bilməsi üçün zoğaldan mürəbbə, marmelad və turşu hazırlanır.

Tacxeber.com bildirir ki, zoğalın təkcə meyvəsi deyil, ağacının gövdəsi, kökü, yarpağı və qabığı da faydalıdır.

Zoğal K, E, C, A və B qrupu vitaminləri, tiamin, riboflavin və piridoksin ilə zəngindir. Bundan əlavə, zoğal gözəl natrium və kalium mənbəyidir. Tərkibində manqan, mis, dəmir və kalsium mineralları, melatonin hormonu var.

Faydalarına gəldikdə, zoğal qan təzyiqinin tarazlanmasına kömək edir, yüksək təzyiqin qarşısını alır. Bu xususiyyəti ilə ürək və damar xəstəliklərinə yaxalanma riksini azaldır.

Ürək və damar xəstələrinin, iflic və infarkt keçirənlərin sağalmasını sürətləndirir.

Araşdırmalar zamanı zoğalın diabet və xolesterolun qarşısını aldığı üzə çıxıb.

Orqanizmin gücünü artırır, immun sistemini dəstəkləyir, bədənin xəstəliklərə qarşı müqavimətini artırır, orqanizmi mikroblardan qoruyur.

Antioksidant maddələrlə zəngin olan zoğal orqanizmdə olan zərərli maddələrin xaricə atılmasını asanlaşdırır.

Tərkibindəki melatonin hormonu yuxusuzluq probleminin qarşısını alır, sağlam yuxu rejimi təmin edərək bədənin bioritmini tarazlayır.

Zoğalda olan proantosianid maddəsi diş ətlərinin üzərində qoruyucu təbəqə yaradaraq dişləri qoruyur.

Orqanizmdə yaranan iltihabların müalicəsində mümhüm rol oynayır.

Yaraları daha tez sağaldır, sidik yolu infeksiyalarının müalicəsində təsirlidir.

Xərçəng hüseyrələrinin yaranmasının, həçinin yayılmasının qarşısını alır.

Həzmin asanlaşmasına, dərinin gözəlləşməsinə kömək edir.

Böyrəkdə daşın yaranmasının qarşısını alır. Böyrək daşlarının düşməsi üçün zoğalın suyu içilməlidir.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Çox oxunanlar