Xəbər lenti

Susuzluğun əlamətləri hansılardı? - MÜTƏXƏSSİS AÇIQLADI 0

Tarix: 23-08-2023 10:01     Baxış: 1 344

Susuzluğun əlamətləri hansılardı? - MÜTƏXƏSSİS AÇIQLADI

Xüsusilə temperaturun yüksəldiyi bu günlərdə orqanizmimizdə həyati funksiyası olan suya daha çox ehtiyacımız var.


Lent.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, qidalanma və pəhriz ütəxəssisi Derya Eren bildirib ki, sağlam bir həyat yaşamaq üçün gündəlik kifayət qədər su istehlak etmək, eyni zamanda balanslaşdırılmış qidalanma və kifayət qədər fiziki fəaliyyətə sahib olmaq çox vacibdir.


Onun sözlərinə görə, susuzluğun yüngül əlamətlərinə zəiflik, yorğunluq, baş ağrısı, sidik ifrazının azalması və qəbizlik daxildir:


“Şiddətli simptomlara əzələ krampları, başgicəllənmə, qarışıqlıq və şüur itkisi daxildir. Gündəlik kifayət qədər su içdiyinizə əmin olmaq üçün sidiyin rəngini də yoxlaya bilərsiniz. Əgər sidiyiniz tünd rəngdədirsə, bu, kifayət qədər su içmədiyinizi göstərir. Sidiyinizin rəngi açıqlaşdıqca bədəninizin su ehtiyacını ödədiyinizə əmin ola bilərsiniz”.


Bəs, suyun orqanizmə hansı faydaları var?


- Bədənimizi toksinlərdən təmizləyir.


- Ödem əmələ gəlməsinin qarşısını alır və ödemin aradan qaldırılmasında fayda verir.


- Arıqlamağa kömək edir.


- Bədənimizdən qida maddələrinin sorulmasını təmin edir.


- Dərini nəmləndirir və qırışların qarşısını alır.


- Həzm sisteminin nizamlı işləməsinə kömək edir.


- Bədən istiliyini tənzimləyir.


- Oynaq ağrılarını azaldır.


- İdmançılarda performansı artırır.


- Stressə yaxşı gəlir.


- Migren xəstələrinə xeyirlidir.


- Ürək sağlamlığını qoruyur.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Bölgə
Fotosesiya
Çox oxunanlar