Xəbər lenti

Şuşada şəhidlik zirvəsinə ucalan xızılı qəhrəman 31 ildən sonra doğma yurdunda dəfn olunacaq 0

Tarix: 23-08-2023 01:27     Baxış: 875


Anam 91 il ömür sürdü. Bu ilin aprel ayında dünyasını dəyişdi. Ömrünün son 31 ilini oğul həsrəti ilə yaşadı. Son nəfəsinədək Arazın yolunu gözlədi. Anamız şəhid qardaşımın vaxtilə geyindiyi köynəyi qoruyub saxlamışdı. Arazın ətrini o köynəkdən alırdı. Dünyasını dəyişəndən sonra həmin köynəyi də vəsiyyətinə uyğun olaraq anamla birlikdə torpağa basdırdıq. Onun ölümündən üç ay sonra qardaşımın qalıqları Daşaltıda aşkarlandı. Əminəm ki, indi onlar cənnətdə qovuşublar.

Mubarizciler.az xəbər verir ki, bu sözləri Birinci Qarabağ müharibəsində Şuşa rayonun Daşaltı kəndində şəhidlik zirvəsinə ucalan, amma meyiti 31 sonra aşkarlanan şəhid Araz Rüstəmovun qardaşı Hacıbaba Rüstəmov söyləyib.

Hacıbaba Rüstəmov söyləyib: “Bizim Arazın itkin düşməsindən xəbərimiz yox idi. Artıq Xocalı faciəsi baş vermişdi. Ondan sonra öyrəndik ki, Daşaltıda uğursuz əməliyyat zamanı Araz və döyüş yoldaşları itkin düşüblər. 44 günlük Vətən müharibəsində şanlı Ordumuz Şuşanı, Daşaltını düşməndən azad edəndə mənim yaralarıma su səpildi. Qardaşımın qisası qiyamətə qalmadı. Həmin döyüşlərdə digər qardaşım Mübarizin oğlu Güləhməd Rüstəmov qəhrəmanlıqla savaşaraq əmisinin qisasını ermənilərdən aldı. Bu yaxınlarda bizə məlumat verdilər ki, Arazın qalıqları aşkarlanıb. Arazı şəhid olduqdan düz 31 il sonra doğma yurdunda dəfn edəcəyik”.

Rüstəmov Araz Bəgi oğlu 1968-ci il aprel ayının 7-də Xızı rayonunun Giləzi qəsəbəsində doğulub. Ailədə üç qardaş, bir bacı olublar. Araz ailənin sonbeşiyi idi.

Araz Rüstəmov Qazaxıstanda hərbi xidmət keçdikdən sonra Xızıya qayıdaraq kolxozda və yem emalı müəssisəsində, daha sonra Bakıda “Azərkitab”da çalışıb. Birinci Qarabağ müharibəsi başlayanda ailəsindən xəbərsiz könüllü olaraq cəbhəyə yollanıb. Şuşa və Xankəndi ətrafındakı kəndlər uğrunda gedən döyüşlərdə fəal iştirak edib. 1992-ci il yanvarın 26-da Daşaltı əməliyyatı zamanı itkin düşüb. Ondan sonra ailəsi Araz barədə heç bir xəbər almayıb.

Qeyd edək ki, Şuşa rayonunun Daşaltı kəndi ərazisində aşkar edilmiş meyit qalıqlarından yeddi nəfərin şəxsiyyəti müəyyənləşdirilib. Bu barədə avqustun 18-də Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi İlqar Səfərov brifinqdə məlumat verib.

Bildirilib ki, onlar Abdullayev Nurəli Hacıbaba oğlu, Qurbanov Nofəl Nəriman oğlu, Rüstəmov Araz Bəgi oğlu, Hüseynov Gülverdi Ağahüseyn oğlu, Abbasov Məhərrəm Abbas oğlu, Niftəliyev Adil Kamal oğlu və Mikayılov Baba Balakişi oğludur.

(Azərtac)



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Çox oxunanlar