Xəbər lenti
18-11-2024, 12:06
 

Yemişin faydaları 0

Tarix: 21-08-2023 12:56     Baxış: 924

Yemişin faydaları

Yayın əvəzolunmaz və hər kəs tərəfindən sevilən meyvələrindən biri də yemişdir. El arasında ona qovun da deyilir. Onun insan orqanizminə faydalarını sayıb-bitirmək olmur. Bəs görəsən yemişin nə kimi faydaları var?


Qovunun vətəni haradır?


Heç bilirdinizmi ki, yemişin vətəni qədim Misirdir? Nil sahillərində yetişdirilən qovunun dadının möhtəşəmliyi haqqında səyyahlar və tarixçilər çox yazıb. Misirlilər qovunu təkcə meyvə kimi yox, hədiyyə kimi də dəyərləndiriblər. Kiməsə qovun vermək ona olan yüksək ehtiramın göstəricisi sayılırmış. Fironlar qovun dilimini bədənlərinə sürtərək ətirləniblər. Bəzi qədim mədəniyyətlərdə isə yemiş “Tanrının gizli mesajı” kimi qəbul edilirdi.


Ürək-damar xəstələrinə tövsiyə olunur


Qovunun tərkibində olan natrium və kalium isə ürəyin fəaliyyətinin yaxşılaşmasına xidmət edir. Mütəxəssislər ürək-damar xəstəliklərindən əziyyət çəkənlərin, eyni zamanda, ürək çatışmazlığı olan insanların qida rasionuna qovun əlavə etməyini tövsiyə edirlər.


Sümükləri gücləndirir


Qovun tərkibində fol turşusu, K vitamini və maqnezium var. Fol turşusu homosisteinin parçalanması üçün vacibdir, çünkü onun yüksək səviyyədə çox olması zamanla sümüklər üçün vacib olan mineralların azalmasın sabəb olur. Öz növbəsində, K vitamini sümüklərdə osteokalsin kimi tanınan əsas struktur zülalın istehsalında iştirak edir.


Qadınlara faydası


Yemişdə qadın orqanizmi üçün lazım olan fol turşusu da var. Dölün normal şəkildə böyüməsi üçün hamilə qadınların rasionuna qovun daxil etməsi həkimlərin tez-tez təkrarladığı məsləhətlərdəndir. Ümumiyyətlə, fol turşusu qadın orqanizmində hormon balansını qoruyur, klimaksın simptomlarını xəfiflədir. 


Qan azlığı olan insanlara məstəhət görülür


Qovun tərkibində olan dəmir anemiyanın profilaktikasında da istifadə olunur.


İmmuniteti gücləndirir


C vitamini baxımından zəngin olan qovun immunitet sistemini gücləndirməyə kömək edir. Həmçinin tərkibində olan C vitamini dərinin parıldamasına və sağlam görünməsinə yardımçı olur.


Sinir sisteminə müsbət təsir edir


Maqnezium sayəsində qovun sinir sisteminin də “dəstəkçisi” sayılır. Adətən maqnezim çatışmazlığı yuxu rejiminin pozulmasına, narahatlığa və gərginliyə səbəb olur.


Şəkər xəstələri üçün çox xeyirlidir


Şəkərli diabetdən əziyyət çəkənlər qovunu nizamlı və müəyyən ölçüdə yeməlidirlər. Çünki onun tərkibində yüksək miqdarda fruktoza var. Nizamlı və mərhələli şəkildə yeyilən qovun qanda qlükozanın səviyyəsini tənzimləyir, pis xolesterolu azaldır, damar divarlarında və ya toxumaların ətrafında yığıntılar əmələ gəlməyə qoymur.


Mədə-bağırsaq sisteminə olan müsbət təsiri


Köp zamanı bağırsağın mütəmadi olaraq təmizlənməsi və toksinlərin xaric edilməsi də qovunun öhdəsinə götürdüyü vəzifələrdəndir. Mövsü zamanı gün ərzində 500 qr təzə qovun yemək bağırsaqların işini normallaşdırır.


Lakin unutmayın ki, mədə-bağırsağın soyuqlaması zamanı qovun yemək məsləhət deyil. 


Qabığının faydaları


Sən demə, qovunun nəinki özü, həm də qabığı faydalıdır. Çox maraqlıdır ki, müxtəlif xəsarətlər nəticəsində bədənin ayrı-ayrı nahiyələrində yaranan göyərmələrin yoxa çıxmasında və açılan yaraların sağalmasında məhz qovun qabığı yardımçı olur. Meyvənin qabığını axşam yatmazdan qabaq zədələnmiş nahiyənin üstünə qoyub bağlasanız həmin kompres zədələnmiş nahiyədə qan dövranını yaxşılaşdıraraq, toxumaların sürətli regenerasiyasına səbəb olur. Bu cür təbii vasitə olduqca effektivdir. 


Parazitlərlə mübarizə


Qurdlar və digər müxtəlif parazitlərlərdən azad olmaq istəyirsinizsə onda qovun şirəsini içməyiniz məsləhətlidir. Əsasən də uşaqlarda qurdları yox etmək üçün gün ərzində onlara yarım stəkan qovun şirəsi içirtmək yetərlidir. Qovun şirəsi təkcə parazitləri yox etməklə qalmır, orqanizmi ehtiyacı olan bir çox vitamin və mikroelementlə də təmin edir.


Meyvənin tumları da faydalı imiş


Sən demə, B vitamini və yodla zəngin olan qovun tumu da çox faydalıdır. Yeməklərdən əvvəl bir stəkan yemiş tumu suyu içmək böyrəkləri və sidik kisəsini təmizləyir.


Yemiş tumları həm də sidikqovucu kimi istifadə olunur. Onlar sidik yolu xəstəliklərinə müalicəvi təsir göstərir. Həmçinin babasildən əziyyət çəkənlərin ağrılarını azaldır.


Yemiş tumlarını qaynadaraq içmək, eyni zamanda, tənəffüs yolu xəstəliklərinin də aradan qaldırılmasına yardım olur.


Qaraciyər xəstələri üçün də yemiş tumu suyu çox faydalıdır.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar