Xəbər lenti

Şəhid anası evində ziyarət edildi - FOTO 0

Tarix: 19-08-2023 11:04     Baxış: 1 680

Şəhid anası evində ziyarət edildi


Möhtərəm  Prezident cənab İlham Əliyev və Birinci vitse prezident hörmətli Mehriban xanımın şəhid ailələri və qazilərimizə göstərdiyi  diqqət və qayğıya, onların sosial qayğılarının öyrənilməsi və operativ həlli ilə bağlı verdiyi tapşırıqlara uyğun olaraq, rayonumuzda da əsaslı işlər görülür. Şəhid ailələrinin və Qazilərimizin sosial qayğılarının öyrənilməsi, onların problemlərinin həlli istiqamətində məsələlər xüsusi diqqət mərkəzində saxlanılır. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin, yerlərdə vətəndaş müraciətlərinin, xüsusən də şəhid ailələri və qazilərimizin sosial qayğılarının öyrənilməsi və  vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə, Goranboy rayon İcra Hakimiyyəti tərəfindən  şəhid və qazi ailələrinin ziyarətləri davam etdirilir, Şəhid ailələri və qazilərlə görüşlər təşkil olunur.  Ziyarətlər və keçirilən görüşlər zamanı Şəhid ailələri və qazilər  tərəfindən edilən müraciətlərdən rayon  İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində həlli mümkün məsələlərin yerində obyektiv araşdırılması və operativ həlli ilə bağlı, aidiyyəti üzrə tapşırıq və tövsiyyələr verilir, digər müraciətlərin araşdırılması və həlli məqsədi ilə,   aidiyyəti üzrə mərkəzi icra hakimiyyəti orqanlarına rəsmi müraciətlər ünvanlanır.

Mubarizciler.az-ın məlumatına görə, “2023-cü il-Heydər Əliyev ili” ilə bağlı, silsilə ümumrayon tədbirlərinin keçirilməsi məqsədi ilə  Goranboy rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq şəhid ailələrinin, müharibə əlillərinin və veteranlarının, aztəminatlı ailələrin və digər sosial qayğıya ehtiyacı olan şəxslərin problemlərinin öyrənilməsi və onlara zəruri hallarda maddi-mənəvi dəstəyin göstərilməsi məqsədi ilə rayon İcra Hakimiyyətinin məsul vəzifəli əməkdaşları bir qrup ictimai fəalla birgə, Yəhərçi Qazaxlar kəndindən, Vətən müharibəsi şəhidi Alıyev Laçın  Rasim  oğlunun anası evində ziyarət edildi, problemləri ilə maraqlanıldı.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Bölgə
Fotosesiya
Çox oxunanlar