Xəbər lenti

Elm və Təhsil Nazirliyi yeni elektron xidməti istifadəyə verdi 0

Tarix: 18-08-2023 16:34     Baxış: 1 617

Elm və Təhsil Nazirliyi (ETN) tərəfindən hazırlanan yeni elektron xidmət əhalinin istifadəsinə verilib.

Bu barədə Nazirlikdən məlumat verilib. 

Bətəndaşlar “myGov” portalından qeydiyyatdan keçərək “Məlumatlarım” hissəsində “Ümumi təhsil haqqında sənədlərim” bölməsində ümumi orta təhsil haqqında şəhadətnamə və tam orta təhsil haqqında attestat barədə elektron arayışı asanlıqla əldə edə bilər.

Bu elektron xidmət istifadəçiləri heç yerə getmədən onlayn rejimdə sistem tərəfindən avtomatik formalaşan arayışı elektron şəkildə istənilən yerə ünvanlaya bilər.

Qeyd edirik ki, dövlət elektron məlumat sistemində olan bu məlumatlar 2015-ci ildən hazıradək olan dövrü əhatə edir.

Hazırda ETN tərəfindən bütün təhsil pillələri üzrə kağız daşıyıcıda verilən arayışların elektronlaşması prosesi davam edir.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar