Xəbər lenti

Düşərgə iştirakçıları şəhid anaları ilə görüşdülər - Fotolar 0

Tarix: 17-08-2023 21:29     Baxış: 1 638

Naxçıvanda keçirilən “Heydər Əliyev – 100” Diaspor Gənclərinin IV Yay Düşərgəsinin növbəti paneli çərçivəsində Qarabağ fatehləri (Vətən müharibəsinin Naxçıvandan olan iştirakçıları) və şəhid anaları ilə görüş olub.

Mubarizciler.az  xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdir müavini Cavid İsmayılın moderatorluğu ilə baş tutan panelin qonaqları şəhid leytenant Emin Sadiqovun anası Gülşad Rüstəmova, şəhid baş leytenant Raqib Hüseynovun anası Rəna Hüseynova, şəhid leytenant Vəli Quliyevin anası Həqiqət Quliyeva, Vətən müharibəsinin qaziləri - baş leytenant Əli Əlisoy, ehtiyatda olan kapitan Ceyhun Bayramov və ehtiyatda olan mayor Təbriz Zeynalov olublar.

Düşərgə iştirakçıları qonaqları ayaq üstə alqışlayıblar.

Panel zamanı şəhid anaları övladları ilə bağlı xatirələrini bölüşüb, qazilər isə keçdikləri döyüş yolundan danışıblar. Düşərgə iştirakçıları yaşadıqları ölkələrdə alnıaçıq, üzüağ gəzə bildikləri üçün şəhid analarına və qazilərə ömür boyu minnətdar olacaqlarını bildiriblər.












Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar