Moruq necə sağaldır? – Hazırlanma qaydaları və faydaları 0
Moruq necə sağaldır? – Hazırlanma qaydaları və faydaları
Moruq cinsinin taksonomikası haqqında alimlər arasmda bir sıra həll olunmayan mübahisələr mövcuddur. Üç amerikalı botanik bir-birilərindən asılı olmayaraq eyni ildə moruq cinsinə aid olan növlər haqqında fərqli məlumat verib. Onlardan biri moruq cinsinə 381 növ, digəri 205 növ, üçüncüsü isə 24 növün daxil olduğunu qeyd edirdi. Son məlumatlara görə isə moruq cinsinin 600-ə qədər növü var. Azərbaycanda yabanı halda 15 növü yayılıb, bir növü becərilir.
Elmi təbabətdə qurudulmuş və dondurulmuş meyvələrindən sulu dəmləmə hazırlanır və bundan da soyuqdəymələrdən yaranan xəstəliklərdə, xüsusən uşaqlarda temperatur olan zaman tərlədici vasitə kimi qəbul edilir. Moruq maddələr mübadiləsi pozğunluğunda iştahartran profilaktik və müalicəvi vasitə kimi istifadə edilir. Qurudulmuş meyvələrindən hazırlanmış dəmləmə çayı və mürəbbə soyuqdəymələrdə tərləcidi kimi, eləcə də boğaz ağrılarında iltihaba qarşı qarqara dərmanı kimi istifadə edilir.Moruq meyvəsi mədə-bağrsaq xəstəliklərində, aterosklerozda, iştahı artırmaq və həzmolmanı yaxşılaşdırmaq, qan artırmaq, isti vasitə kimi də işlədilir. Xalq təbabətində yarpaqlarının çayından qastritlərdə, ekneritlərdə və eləcə də tənəffüs yollan xəstəliklərində büzüşdürücü və iltihabgötürücü kimi istifadə edilir. Moruq meyvələrinin çox vaxt cirə meyvəsi, dəvədabanı yarpaqlan, cökə çiçəyi ilə bir yerdə bərabər hissədə götürüb çay kimi dəmləyərək soyuqdəymələrdə, mədə-bağırsaq xəstəliklərində işlədirlər.
Qəbizlik və spirtli içkilərin qəbulu zamanı baş verən intoksikasiyalarda; Səhər tezdən acqarına 1 stəkan moruq yeyib üzərindən 2 stəkan yaşıl və yaxud çox da tünd olmayan çay qəbul edin.
Qanazlığında, vegetatik damar ağrılarında; Nahar və günorta yeməyi zamanı stəkanm 1/3 hissəsi qədər moruq yeyin. Yeməkdən conra şəkər qatışdınlmış 2 xörək qaşığı qaymaq və yaxud xama qəbul edin.
Şəkərli və yaxud şəkərsiz diabet zamanı;1 stəkan qaynar suyun tərkibinə 2 xörək qaşığı quru moruq yarpağı əlavə edib 30 dəqiqə dəmləyib, süzün. Sonra cövhərdən stəkanm 1/3 hissəsi qədər götürüb gündə 3 dəfə yeməkqabağı qəbul edin.
İshal və qanaxmalar zamanı; 2 stəkan qaynar suya 4 çay qaşığı doğranmış quru yarpaq və moruq giləmeyvəsi tökün və qapaqla örtüb 2 saat dəmləyib süzün. Sonra isti halda gündə 4 dəfə 0,5 stəkan qəbul edin.
Malyariya zamanı; 1 stəkan qaynar suya 2 xörək qaşığı quru meyvəsindən əlavə edib, 30 dəqiqə dəmləyib süzün. İsti halda hər 2 saatdan bir, gündə 2-3 stəkan qəbul edin.
Qrip və soyuqdəymələr zamanı; 1 stəkan qaynar suya 4 xörək qaşığı təzə dərilmiş yaş giləmeyvəsindən və yaxud 2 xörək qaşığı quru meyvəsindən əlavə edib termosda 10-15 dəqiqə dəmləyib süzün. Viruslu hepatitdə; Yabanı moruğun yarpaq, çiçək və giləmeyvəsinin hərəsindən 1 xörək qaşığı götürüb qarışdırın. Alınmış qanşıqdan 2 xörək qaşığı 1 stəkan qaynar suya tökün və ağzını qapaqla örtüb isit yerdə 15 dəqiqə dəmləyin. Sonra aldığınız cövhərindən çayla birlikdə gündə stəkanın yarısı qədər 2-3 dəfə qəbul edin.
Osteoxondroz zamanı; 6 xörək qaşığı yabanı meşə moruğunun giləmeyvəsindən götürüb 1 litr qaynar suya töküb termosda dəmləyin. Aldığınız ekstraktdan gündə 5-6 dəfe stəkanın 1/2 hissəsi qədər qəbul edin.
Bronxial astma, manşayi infeksiya xarakterli bronxitdə, qanlı babasildə va ekzema zamanı; 4 xörək qaşığı doğranmış kökündən götürüb 2,5 stəkan qyanadılmış suya töküb isti yerdə 15-20 dəqiqə dəmləyib süzün. Gündə 5-6 dəfe stəkanın 1/4 hissəsi qədər qəbul edin.
Xəbəri paylaş