Xəbər lenti

Vətən müharibəsi şəhidi, Baş leytenant Əyyubov Ceyhun Savalan oğlunun doğum günü qeyd edilib - FOTO 0

Tarix: 16-08-2023 16:30     Baxış: 1 036

Vətən müharibəsi şəhidi, Baş leytenant Əyyubov Ceyhun Savalan oğlunun doğum günü qeyd edilib


Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, Milli Məclisin deputatı İlham Məmmədov, Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, şəhidin yaxınları, şəhid ailələri, hərbçi yoldaşları, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak ediblər.

Mubarizciler.az-ın məlumatına görə, Tədbir iştirakçıları ilk öncə şəhid Ceyhun Əyyubovun Yevlax şəhər Şəhidlər Xiyabanında yerləşən məzarını ziyarət edib, önünə gül dəstələri düzərək, ruhuna dualar oxuyub, keçdiyi şərəfli döyüş və ömür yolundan bəhs ediblər.

Daha sonra tədbir iştirakçıları şəhidin yaşadığı evdə onun xatirəsinə həsr olunmuş, mənalı həyat və şərəfli döyüş yolunu əks etdirən fotoların və müxtəlif məlumatların olduğu ev muzeyinin açılış mərasimində iştirak ediblər. 

Şəhidin təhsil aldığı şəhər 4 nömrəli tam orta məktəbin şagirdləri  vətənpərvərlik mövzusunda şeirlər səsləndirib,ədəbi-bədii  kompozisiya nümayiş etdiriblər.

Şəhidin ev muzeyinin açılışında çıxış edən Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev bildirdi ki, Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ali rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi Şanlı Qələbə ilə başa çatdı, Ceyhun Əyyubov və Vətənimizin azadlığı uğrunda canlarından keçən Şəhidlərimizin qanı yerdə qalmadı. Haqq savaşında əldə edilən şanlı Qələbəyə görə, Müzəffər Ali Baş Komandana, qüdrətli Azərbaycan Ordusuna, şəhidlərimizə və qazilərimizə borcluyuq. Əldə etdiyimiz parlaq Qələbə Azərbaycan tarixinin və dünya hərb tarixinin səhifələrinə qızıl hərflərlə həkk olunub. Torpaqlarımızın azadlığı, Ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən oğullarımızın xatirəsi əbədi olaraq qəlblərdə yaşayacaq.

Milli Məclisin deputatı İlham Məmmədov, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev çıxışlarında qeyd etdilər ki, möhtəşəm qürur hissini bizə Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev və rəşadətli Azərbaycan Ordusu yaşatdı. Vətən müharibəsi Azərbaycan xalqının, onun Liderinin, şanlı Ordumuzun gücünü bütün dünyaya nümayiş etdirdi. 30 illik işğal sona çatdı.Noyabrın 10-u ölkəmiz üçün tarixi bir gün oldu. Rəşadətli Azərbaycan Ordusunun döyüşlərdə əldə etdiyi Zəfər Ermənistanı masa arxasında oturmağa məcbur etdi.İmzalanan bəyanat Ermənistanın məğlubiyyətinin açıq etirafı olaraq rəsmi şəkildə tarixə həkk olundu. Azərbaycan xalqı və dövləti var olduqca Ceyhun Əyyubovun və bütün qəhrəman oğullarımızın xatirəsi daim ürəklərdə yaşayacaq və əziz tutulacaq. 

Sonra tədbirdə çıxış edənlər igid döyüşçünün Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqdan, düşmənə qarşı savaşda şücaətlərindən söhbət açıblar.

Qeyd edək ki, Ceyhun Əyyubov 16 avqust 1992-ci ildə Yevlax şəhərində anadan olub. Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda” “İgidliyə görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları, 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunmuşdur. Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının 16.03.2022-ci il tarixli 42 nömrəli Sərəncamı ilə şəhidin adı yaşadığı küçəyə verilmişdir. 

Şəhidin anası Arzu Əyyubova qeyd etdi ki,  bu gün onların igid oğlunun ad günüdür və indi O cənnətdədir. Bu qədər insan, məktəb kollektivi onun doğum gününə yığışıb. Bir deyim var ki, övlad valideynlərə hər zaman borcludur. Amma mən düşünürəm ki, biz onlara borcluyuq.Çünki biz hazırda onların sayəsində yaşayırıq, onların sayəsində bayrağımız dalğalanır.

Sonda şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Çox oxunanlar