Tünd çay sevənlərdə qanazlığı yaranır 0
Tünd çay sevənlərdə qanazlığı yaranır – Həkim
Çayı tünd içənlərdə müəyyən defisitlər yaranır.
“Medicina” xəbər verir ki, dietoloq İrina Mansurova çayın düzgün dəmlənmə qaydasını açıqlayıb.
“Çay dəmi bir neçə dəqiqə dəmlənməlidir. Bu vaxt 7 dəqiqədən çox ola bilməz. Amma çox insanlar dəmi uzun müddət saxlayır, sonra isə gün ərzində içir. Nəticədə çay çox tünd alınır.
Belə halda çayda ekstraksiya prosesi baş verir.
Tünd dəmli çayı içmək sağlamlıq üçün təhlükəlidir.
Adətən belə insanların həzm sistemi əziyyət çəkir, çünki qida borusu və mədə girişinin selikli qişası çox həssasdır və çay bu hissəni yandırır, qastrit, xora, reflüks yaradır.
Belə vərdişi olanlarda mütləq dəmir defisiti, qanazlığı rast gəlinir.
Çay dəmirin sovrulmasına mane olur, xüsusən yeməkdən sonra tünd qara çay içmək olmaz.
Dəmir qanda olan vacib mikroelementdir, onun miqdarı qalxanvari vəz və hormonlar üçün vacibdir”.
Xəbəri paylaş