Bir çox qorxunc xəstəlikləri anında KƏSİR - Günəbaxanın min bir şəfası 0
Bir çox qorxunc xəstəlikləri anında KƏSİR - Günəbaxanın min bir şəfası
Günəbaxan polimor bitki olub Amerika qitəsinin «vətəndaşı» hesab edilir. Cinsin 17 növü Cənubi Amerika, And, Cənubi Kolumbiya daxil olmaqla Boliviyaya qədər gedib çıxmışdır. Azərbaycanda 2 növü mədəni halda əkilib-becərilir.
Güclü kök sisteminə malik birillik ot bitkisidir. Vegetasiya dövrünün sonunda bitkinin gövdəsi iriləşir və oduncaqlaşır, içəri məsaməli parenxim hüceyrəsi ilə dölur. Günəbaxanın toxumlarından alınan yağ yüksək keyfiyyətlərə malik olub, başqa bitki yağlarından qidalıq və həzmolma keyfiyyətlərinə görə fərqlənir. Bitkidən bir çox yeyinti məhsullarının: marqarin, mayonez, qənnadı və s. hazırlanmasında geniş surətdə istifadə edilir.Günəbaxan yağı skleroza qarşı istifadə edilən menetolun tərkibinə daxildir. Çiçəklərindən və yarpaqlarından hazırlanmış tinktura xalq təbabətində iştahartınçı və mədənin həzm fəaliyyətini -qüvvətləndirici dərman kimi, çiçəklərindən alınan san rəngli karotinoid yeyinti sənayesində boyayıcı kimi istifadə edilir. Günəbaxandan hazırlanmış jmıx iri buynuzlu mal-qara və donuzlar üçün qiymətli konsentrat yem kimi istifadə edilir.
Mubarizciler.az xatırladır ki, Günəbaxan yağı ona görə qiymətli sayılır ki, onun tərkibində çoxlu miqdarda F vitamini vardır. Bunun orqanizmdə azlığı nəticəsində mədə-bağırsaq sisteminin selikli qişasına, damarların zədələnməsinə (sklerozdan infarkta qədər), artrit, qara ciyərin xroniki xəstəliyi, orqanizmin virus və bakteriyalara qarşı zəifləməsinə gətirib çıxardır. Ona görə də orqanizmdə baş verən bu mənfi xüsusiyyətləri aradan qaldırmaq üçün hər gün 1-3 xörək qaşığı günəbaxan yağı qəbul etməyi məsləhət görürlər. Bu məqsədlə günəbaxan toxumlanndan soyuq şəraitdə presləmə üsulu ilə alman yağından istifadə etməyi məsləhət görürlər. Günəbaxan yağının müalicəvi xüsusiyyətlərini nəzərə alıb xroniki xəstəliklərin qarşısın almaq üçün hər gün bir xörək qaşığı daxilə qəbul etmək məsləhət görürlür.
İmmuniteti artırmaq üçün, soyuqdəymə, parodontoz və tonzjllit zamanı; Səhər tezdən acqarına 1 xörək qaşığı təmizlənməmiş yağdan ağzınızda 5-7 dəqiqə saxlayıb yaxalayın. Sonra tüpürüb ağız nahiyənizi isti su ilə yaxalayın. Avitaminoz va hipovitaminoz zamanı karotin tərkibli yağlardan istifadə etmək məsləhət görülür. Bunun üçün bir stəkan ərik qurusunu yuyub, qurudun. Qurutduqdan sonra üzərinə bir stəkan təmizlənmiş, yağ əlavə edib 7 gün qaranlıq yerdə saxlaym. Sonra süzüb yemək qabağı 1-2 xörək qaşığı qəbul edin və yaxud salatm üzərmə töküb yeyin. Böyrək va öd kisəsi xəstəliklərində (öd daşlarında, ödyolları xəstəliklərinda, öd daşlarının tökülməsində). Rinit va angina zamanı; Stəkanın 1/2 hissəsi qədər günəbaxan yağı götürüb qaynama dərəcəsinə gətirib sonra su hamamında 10 dəqiqə saxlayıb soyudun və üzərinə bir diş əzilmiş sarımsaq əlavə edib, 8 saat dəmlədikdən sonra süzüb 3-5 damcı qəbul edin.
Mədə va onikibarmaq bağırsağın müalicasi üçün; 3 xörək qaşğı günəbaxan yağından götürüb bankaya tökün o qədər də üzərinə spirt əlavə edib, ağznı qapaqla möhkəm bağlayın. Sonra gündə 3 dəfə bir xörək qaşığı yeməkdən qabaq qəbul edin.
Artrit, revmatizm, miozit, radikulit va paraliç naticasinda baş veran qıcolmoları aradan qaldırmaq üçün; 30 ədəd dəfnə yarpağını narın hissəyə sahb şüşə bankaya töküb, üzərinə 1 stəkan günəbaxan yağı əlavə edin. 10 306 gün qaranlıq yə isti yerdə saxlayın. Süzüb təmizlədikdən sonra axşamlar ağrıyan nahiyənin üzərinə sürtüb bağlayın.
Günəbaxandan ağıllı və şüurlu surətdə istifadə etməyi bacarsaq bir çox qorxunc xəstəlikləri müalicə edə bilərik.
Xəbəri paylaş