Xəbər lenti

Bu gün şagird yerdəyişməsinə start verilir 0

Tarix: 07-08-2023 12:06     Baxış: 1 162

Bu gündən 2023-2024-cü tədris ili üzrə şagird yerdəyişməsinə start verilir.

Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, proses sy.edu.az elektron sistemi üzərindən həyata keçirilir.

Yerdəyişmə 2-9 və 11-ci siniflər üçün avqustun 7-si saat 15:00, 10-cu siniflər üçün isə avqustun 14-ü saat 15:00-dan aktivləşdiriləcək.

Valideynlər üçün elektron sistemdə ümumi təhsil müəssisələrinə sorğu yerləşdirmə prosesi avqustun 31-i saat 18:00-a qədər davam edəcək. Onlar sentyabrın 5-i saat 15:00-a qədər övladlarının sənədlərini yerdəyişmə etdikləri ümumi təhsil müəssisəsinə təqdim etməlidirlər.

Qeyd edək ki, aşağıda adları qeyd olunmuş ümumi təhsil müəssisələrinin 2-9-cu siniflərində yaranmış vakant yerlərə şagird yerdəyişməsi imtahanla aparılır. İmtahana qeydiyyat sy.edu.az elektron sistemi vasitəsilə aparılacaq. Qeydiyyat avqustun 7-si saat 15:00-dan avqustun 14-ü saat 18:00-a qədər aktiv olacaq. İmtahanlar ibtidai siniflər üzrə avqustun 17-si, 5-9-cu siniflər üzrə isə avqustun 18-i tarixində keçiriləcək.

İmtahanla yerdəyişmə aparılan ümumi təhsil müəssisələrinin siyahısı:

- Heydər Əliyev adına lisey

- T.İsmayılov adına 6 nömrəli məktəb-lisey

- 132-134 nömrəli təhsil kompleksi

- T.Həsənov adına 23 nömrəli tam orta məktəb

- İlyas Əfəndiyev adına Elitar gimnaziya

- İ.Hacıyev adına “Tərəqqi” texniki-humanitar liseyi

- Zəngi liseyi

- Bakı Avropa Liseyi

- “Ankara məktəbi” məktəb-lisey

- Bakı Slavyan Universitetinin nəzdində məktəb-lisey kompleksi

- Bülbül adına orta ixtisas musiqi məktəbi

- Humanitar fənlər təmayüllü məktəb-lisey.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar