Xəbər lenti

SƏXAVƏT TAĞLAR PREZİDENT TƏQAÜDÜNƏ LAYİQ GÖRÜLDÜ 0

Tarix: 07-08-2023 00:06     Baxış: 1 939


Azərbaycan Respublikasının Əməkdar müəllimi, AYB üzvü Səxavət Tağlar ədəbi və pedaqoji fəaliyyəti həmişə qoşa aparır.

Mubarizciler.az xəbər verir ki, bu il yazıçı və şairlərə verilən Prezident təqaüdünə o da layiq görülüb.

Qeyd edək ki, təqaüd proqramı 50 nəfər yaşlı və 20 nəfər gənc ədibi əhatə edir.

Səxavət Tağlar "Qarabağ düşüncələri", "Gecikmiş məktub", "Şərqin Bülbülü" və "Bir nəslin dörd fəsli" adlı ədəbi-bədii kitabların, eləcə də "Məktəbdə pedaqoji fəaliyyətin planlaşdırılması təcrübəsi" adlı metodik vəsaitin müəllifidir.

Yaradıcılığı "Rəsul Rza mükafatı"na, "Vətənpərvərlik işinə görə" və "Turan Birliyi" medallarına layiq görülüb.

Tanınmış və sevilən yazıçı-pedaqoqu Azərbaycan Respublikası Prezidentinin təqaüdünə layiq görülməsi münasibətilə təbrik edirik!



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar