Xəbər lenti
Dünən, 15:45
 

“Kitablara yay səyahətim” adlı layihəyə start verilir 0

Tarix: 04-08-2023 19:33     Baxış: 2 947

“Kitablara yay səyahətim” adlı layihəyə start verilir.

Mubarizciler.az xəbər verir ki, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən “Kitablara yay səyahətim” adlı layihə start verilir.  Layihədə GDRTİ-nin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin şagirdləri  III-IV, V-VI, VII-VIII, IX-XI sinif kateqoriyaları üzrə iştirak edəcəklər. 

Layihənin keçirilməsinin əsas məqsədi yay tətilində şagirdlərin asudə vaxtlarını maraqlı və səmərəli keçirmək, onların mütaliəyə diqqətini artırmaq, oxu vərdişlərini daha da inkişaf etdirmək, kitabın gündəlik həyatımızın bütün sahələrinə daxil edilməsinə nail olmaqdan ibarətdir.

GDRTİ-i tərəfindən layihədə oxunması üçün hər sinif kateqoriyası üzrə iki kitab (1 Azərbaycan ədəbiyyatı və 1 dünya ədəbiyyatı) məktəblərin rəsmi elektron poçt ünvanlarına göndəriləcəkdir. 

Şagirdlər 05.08.2023-20.09.2023-cü il  tarixləri arasında qeyd olunan ədəbiyyat siyahısı üzrə kitabları mütaliə edəcəklər.

 Layihəylə əlaqədar hər məktəb tərəfindən öncədən komissiya yaradılmalı və qeyd olunan ədəbiyyat siyahısı üzrə hər ədəbiyyata uyğun 10 açıq tipli test sualı ( ümumilikdə 20 sual) hazırlanmalıdır.

20 sentyabr 2023-cü il tarixdə tərtib edilən test sualları məktəb tərəfindən şagirdlərə təqdim ediləcəkdir. Suallar məktəbin komissiya üzvlərinin iştirakı ilə yoxlanıldıqdan sonra hər məktəb və hər sinif kateqoriyası üzrə  qalib şagird müəyyənləşdiriləcək və məktəb rəhbərliyi tərəfindən mükafatlandırılacaqdır.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar