Xəbər lenti
26-09-2026, 12:29
 

Nazirlikdən məktəbli geyimləri ilə bağlı MÜRACİƏT 0

Tarix: 03-08-2023 12:57     Baxış: 3 423

Elm Və Təhsil Nazirliyi valideynlərə müraciət edib.

Mubarizciler.az xəbər verir ki, müraciətdə deyilir:

"Nazirlər Kabinetinin qərarına əsasən, 2023-2024-cü tədris ilində ölkənin hər bir ümumi təhsil müəssisəsi üzrə vahid məktəbli geyimi tətbiq ediləcək. Həmin qərarda məktəblər tərəfindən 4 cür geyim formasından birinin seçilməsi nəzərdə tutulur.

Ötən tədris ilində hər bir ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası bununla bağlı müvafiq qərar qəbul edib. Övladınızın təhsil aldığı məktəbdən bu barədə ətraflı məlumat əldə edə bilərsiniz.

Yeni tədris ilinə hazırlıq məqsədilə məktəbli formalarını ölkəmizin şəhər və rayonlarında fəaliyyət göstərən satış məntəqələrindən əvvəlcədən əldə etməyiniz tövsiyə olunur".



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar