Xəbər lenti

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı yanında Şura iclası keçirildi - FOTO 0

Tarix: 27-07-2023 00:53     Baxış: 1 974

Şəhər İcra Hakimiyyətinin başçısı yanında Şura iclası keçirildi.

 Naftalan Şəhər İcra Hakimiyyəti Başçısı yanında Şuranın 2023-cü ilin birinci yarımilliyinin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş növbəti iclası keçirilib. 

 Mubarizciler.az-ın məlumatına görə, İclasda ŞİH başçısı, şura üzvləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, icra nümayəndələri və bələdiyyə sədrləri iştirak ediblər.

 İclası giriş sözü ilə açan ŞİH başçısı gündəlikdə duran məsələləri şura üzvlərinin və iştirakçıların diqqətinə çatdırdı, bildirdi ki, Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu iqtisadi islahatlar kurort şəhəri Naftalanın da bütün sahələrdə inkişafına müsbət təsir göstərmişdir. Ümumilikdə son illər ölkə başçısının tapşırıqlarına uyğun şəhərdə aparılan abadlıq-quruculuq işlərinin genişlənməsində, önəmli sosial layihələrin həyata keçirilməsində və ən əsası turizmin inkişafında çox böyük uğurlar qazanılmış, makroiqtisadi göstəricilərdə müsbət dinamika müşahidə olunmuşdur.

 Naftalan şəhərində 2023-cü ilin birinci yarımilində sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələr barədə ŞİH başçısının müavini Kəmalə Hüseynovanın məruzəsi dinlənildi. Həmçinin, Naftalan şəhəri üzrə Maliyyə Şöbəsinin rəisi Saleh Tağıyev şəhərin yerli büdcəsinin 2023-cü ilin altı aylıq yerli gəlirlərinin icrası barədə, Goranboy - Naftalan Təhsil Sektorunun müdiri Xəyal Məmmədov Naftalan şəhər ümumtəhsil, məktəbdənkənar və məktəbəqədər təhsil müəssisələrinin 2022-2023-cü tədris ili ərzində görülmüş işlər barədə çıxış edib. 

 Daha sonra Şuranın müzakirəsinə çıxarılan məsələlər ətrafında müzakirələr aparılıb, nöqsanların aradan qaldırılması və nəzərdə tutulan məsələlərin həlli ilə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Çox oxunanlar