Xəbər lenti
26-09-2026, 12:29
 

Təhsil müəssisələrində qanunsuzluq - Cinayət işi başlandı 0

Tarix: 25-04-2023 12:25     Baxış: 1 967


Elm və Təhsil Nazirliyinin Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyində olan peşə təhsili müəssisələrinin vəzifəli şəxsləri tərəfindən dövlət vəsaitlərinin idarə olunması ilə bağlı qanunvericiliyin pozulması barədə Hesablama Palatasından daxil olmuş material əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Araşdırma zamanı həmin Agentliyin tabeliyində olan ayrı-ayrı peşə məktəblərinin vəzifəli şəxsləri tərəfindən dövlət büdcəsi vəsaitlərinin əmək haqqı və digər ödənişlər adı ilə qanunsuz olaraq müxtəlif şəxslərin bank hesablarına köçürülməsinə və bununla da dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanaraq ibtidai istintaq aparılır.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar