Xəbər lenti

Goranboyda İcra Başçısı yanında Şuranın növbəti iclası keçirildi - FOTO 0

Tarix: 05-04-2023 10:40     Baxış: 1 734

Goranboyda,  İcra Başçısı yanında Şuranın növbəti iclası keçirildi.

Goranboy rayon İcra Hakimiyyəti başçısı Məhərrəm Quliyevin rəhbərliyi ilə  Başçı yanında Şuranın növbəti iclası keçirildi.  

Mubarizciler.az xəbər verir ki, clasda Şuranın üzvləri, rayonun xidmət sahələrinin rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndə və bələdiyyələr, rayonda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri və bir qrup rayon fəalları iştirak etdilər. Şurada, “2023-cü ilin I rübü ərzində,  Goranboy rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər və  bu sahədə verilmiş tapşırıqların icra vəziyyəti barədə”,  “Goranboy rayonunda əkin sahələrinin suvarılması işinin təşkili, mövcud su ehtiyyatlarında səmərəli istifadənin təmin edilməsi, bu məqsədlə, Xüsusi Qərargahın və mobil qrupların yaradılması”, “Rayonda qanunsuz tikintilərin müəyyən edilməsi, qanunamüvafiq qaydada qarşısının alınması və bu məqsədlə, rayon İcra Hakimiyyətinin məsul əməkdaşlarından ibarət mobil qrupların yaradılması barədə”   və  rayonun digər həlli vacib məsələləri geniş müzakirə edildi.  Nəzərdə tutulan məsələlərin icrasını təmin etmək məqsədi ilə əlavə Tədbirlər Planının  tərtib edilməsi, Tədbirlər Planına uyğun işlərin operativ həyata keçirilməsi və icra vəziyyəti barədə rəhbərliyə müntəzəm hesabat və məlumatların verilməsinin təmin edilməsi ilə bağlı, İcra Başçısı tərəfindən müvafiq tapşırıq və tövsiyyələr verildi.

İclasın sonunda, rayonun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında  baş verən yeniliklərin sosial şəbəkələrdə təbliğində səmərəli fəaliyyətlərinə görə ictimai fəallar Elçin Tağıyev və İlhamə Qasımovaya  rayon İcra Hakimiyyəti Başçısının Təşəkkür Məktubları, rayon İcra Hakimiyyətində könüllülük fəaliyyətlərinə görə Teymur Muradov  və Vüsalə Əliyevaya Fəxri Fərmanlar və RİH Başçısı aparatının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin əməkdaşlarına “Dövlət idarəçiliyində insan resurslarının idarə edilməsinin yeni texnologiyaları” adlı təlimdə iştiraklarına görə Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Sertifikatları  təqdim edildi.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar