Xəbər lenti

Goranboyda aqrar sahənin inkişafına yönələn investisiya təşəbbüsləri və əməkdaşlıq imkanları müzakirə olundu Fotolar

Tarix: 27-11-2026 20:22     Baxış: 553

Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Türkiyə Respublikasının “Alagöz Holding”in şirkətinin Bakı ofisinin rəhbəri Arif Cəbiyev, “BioAqroExport” MMC-nin direktoru Halil İbrahim Akın və müşaviri Ramazan Karaşahini qəbul etdi.

Mubarizciler.az xəbər verir ki, Qəbul zamanı Goranboy rayonunda kənd təsərrüfatının inkişafı ilə bağlı həyata keçirilməsi nəzərdə tutulan layihələr müzakirə edildi.

Görüşdə ölkəmizdə aqrar sektorun inkişafı istiqamətində həyata keçirilən dövlət siyasətindən, bu sahəyə göstərilən diqqət və qayğıdan danışan Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın qarşıya qoyduğu hədəfləri diqqətə çatdıraraq kənd təsərrüfatında innovativ yanaşmaların tətbiqi, istehsal potensialının artırılması və ərzaq təhlükəsizliyinin təmin olunmasında bu kimi investisiya layihələrinin mühüm rolu olduğunu qeyd etdi.

İcra başçısı aqrar sahəyə investisiyaların cəlb edilməsinin, yeni istehsal müəssisələrinin yaradılmasının və kənd təsərrüfatı potensialından səmərəli istifadənin əhəmiyyətini qeyd edərək müvafiq iqtisadi əsaslandırmadan sonra qanunvericiliyin tələblərinə uyğun olaraq, layihələrin uğurla həyata keçirilməsi üçün Rayon İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində müvafiq şəraitin yaradılmasına və zəruri təşkilati məsələlərin həllinə köməklik göstəriləcəyini bildirdi.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Bölgə
Fotosesiya
Çox oxunanlar