Xəbər lenti

Daşkəsənin İcra başçısı şəhər sakinləri ilə görüşüb Fotolar

Tarix: 27-11-2026 16:01     Baxış: 567

Noyabrın 24-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun Daşkəsən şəhər sakinləri ilə keçirilən səyyar qəbulunda RİH-nin məsul şəxsləri,  rayonun idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri, ərazi icra nümayəndəsi və bələdiyyə sədri iştirak edib.

Mubarizciler.az xəbər verir ki, İcra başçısı Orxan Abbasov giriş nitqində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin əsas prioritetlərindən birinin vətəndaş məmnunluğunun təmin edilməsi, rifahının yüksəldilməsi, müraciət və problemlərinə həssaslıqla yanaşılması olduğunu vurğulayıb. Bildirib ki, dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq Daşkəsəndə vətəndaşlarla mütəmadi görüşlərin keçirilməsi, onların qayğı və problemlərinin öyrənilməsi, müraciətlərinin operativ həlli daim diqqət mərkəzində saxlanılır.

Sonra sakinlərin müraciətləri dinlənilib, qaldırılan məsələlərin həllinə dair müzakirələr aparılıb. Müraciətlərin bir qismi yerində həll edilib. Araşdırılmasına ehtiyac olan məsələlər isə icrası və ya aidiyyəti üzrə müvafiq qurumlara yönləndirilməsi üçün nəzarət qaydasında qeydiyyata götürülüb. Qəbulda iştirak edən Daşkəsən şəhər sakinləri hər zaman onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. 

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov 24.11.2026-cı il tarixdə Daşkəsən şəhər sakinlərinin səyyar qəbulunu keçirib

Xəbəri paylaş

Çox oxunanlar

Son yüklənənlər

Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Bölgə
Fotosesiya
Çox oxunanlar