Xəbər lenti

Hacıqabul Polisinin təşklatçılığı ilə “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici görüş keçirilib Fotolar

Tarix: 26-11-2026 18:33     Baxış: 609

Narkomaniya insanın iradəsini əlindən alır, onun həyatını məhv edərək cəmiyyətdən uzaqlaşdırır!

Mubarizciler.az xəbər verir ki, Hacıqabul Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə 3 saylı tam orta məktəbdə “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici görüş keçirilib.

Görüşdə çıxış edən RPŞ-nin rəisi polis polkovniki Anar Xəlilov gələcəyimiz olan gənclərin sağlam ruhda böyüməsinin və gələcəyin peşəkar kadrları kimi formalaşmasının önəmindən danışıb. Bildirib ki, yaşından asılı olmayaraq bu bəlanın aludəçisinə çevrilən hər bir şəxs öz həyatında sağalmaz izlər buraxmaqla yanaşı gələcəyini məhv edir, sonu isə faciə ilə nəticələnir.

Tədbir zamanı erkən nikahların fəsadları mövzusunda da çıxışlar edilib və bu cür halların gənclərin fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törətdiyi qeyd olunub. 

Görüşün sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Bölgə
Fotosesiya
Çox oxunanlar