Goranboyda fəaliyyət göstərən kənd təsərrüfatı subyektlərində monitorinq və təhlil tədbirləri həyata keçirilir Fotolar + Yenilənib

Goranboyda “2026–2030-cu illər üçün Dövlət Proqramı” nın icrası ilə bağlı monitorinqlər davam edir
Azərbaycan Respublikası Prezidentinin 25 may 2026-cı il tarixli 1044 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” ölkədə aqrar sektorun dayanıqlı inkişafının təmin edilməsi, istehsal potensialının artırılması, müasir texnologiyaların tətbiqinin genişləndirilməsi və kənd təsərrüfatında səmərəliliyin yüksəldilməsi istiqamətində mühüm hədəflər müəyyən edir.
Dövlət Proqramında kənd təsərrüfatının rəqabətqabiliyyətliliyinin artırılması, intensiv və innovasiya əsaslı istehsalın genişləndirilməsi, məhsuldarlığın yüksəldilməsi, su və torpaq ehtiyatlarından səmərəli istifadə olunması, aqrar sahədə müasir idarəetmə mexanizmlərinin tətbiqi, fermer və təsərrüfat subyektlərinin fəaliyyət imkanlarının genişləndirilməsi əsas prioritetlər sırasında yer alır.
Sənəddə, həmçinin kənd təsərrüfatı məhsullarının istehsalından emalına, saxlanılmasına, logistikasına və satışına qədər bütün mərhələləri əhatə edən aqrar dəyər zəncirinin inkişaf etdirilməsi, yerli istehsalın genişləndirilməsi, daxili bazarın tələbatının ödənilməsi və ixrac potensialının artırılması ilə bağlı mühüm istiqamətlər müəyyənləşdirilib.
Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin regionlarda səmərəli icrasının təmin edilməsi məqsədilə yerlərdə həyata keçirilən layihələrin və aqrar təsərrüfatların fəaliyyətinin təhlili, mövcud vəziyyətin qiymətləndirilməsi, qarşıya çıxan məsələlərin müəyyənləşdirilməsi və onların həlli istiqamətində müvafiq tədbirlərin görülməsi davam etdirilir.
Mubarizciler.az xəbər verir ki, Goranboy rayonunda fəaliyyət göstərən kənd təsərrüfatı subyektlərində monitorinq və təhlil tədbirləri həyata keçirilir. Monitorinqlər zamanı təsərrüfatların mövcud vəziyyəti, istehsal imkanları, istifadə olunan resurslar, məhsuldarlıq göstəriciləri, tətbiq edilən texnologiyalar, istehsalın genişləndirilməsi imkanları və təsərrüfatların inkişaf perspektivləri öyrənilir.
Növbəti monitorinq çərçivəsində Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Adil Vəliyev, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktor müavini Namiq Şalbuzov və rayonda yaradılmış Qərargahın üzvləri tərəfindən Goranboy rayonunun Muzdurlar kəndində yerləşən “Türk Qida Sənaye” MMC-yə məxsus heyvandarlıq təsərrüfatına baxış keçirildi.
Baxış zamanı məlumat verildi ki, müəssisə tərəfindən yeni heyvandarlıq kompleksinin yaradılması istiqamətində işlərə başlanılıb. Hazırda layihə çərçivəsində südlük heyvanların saxlanılması üçün müasir tələblərə uyğun tövlələrin tikintisi həyata keçirilir. Layihəyə əsasən, təsərrüfata 1 200 baş südlük heyvanın gətirilməsi və illik 11 000 ton süd istehsalının həyata keçirilməsi nəzərdə tutulur.
Yeni təsərrüfatın yaradılması rayonun heyvandarlıq sektorunun inkişafına, süd istehsalının artırılmasına, müasir texnologiyaların tətbiqinə, yerli istehsalın genişləndirilməsinə, yeni iş yerlərinin yaradılmasına və aqrar sahədə iqtisadi fəallığın yüksəldilməsinə mühüm töhfə verəcək.
Baxış zamanı layihənin icra vəziyyəti, tikinti işlərinin gedişi, nəzərdə tutulan istehsal gücü və təsərrüfatın fəaliyyətə başlaması ilə bağlı məsələlər müzakirə olunub, Dövlət Proqramının hədəflərinə uyğun olaraq aqrar layihələrin həyata keçirilməsinin və istehsal potensialının artırılmasının əhəmiyyəti vurğulandı.
Goranboy rayonunda kənd təsərrüfatının müxtəlif istiqamətləri üzrə fəaliyyət göstərən təsərrüfatlarda monitorinqlərin davam etdirilməsi, Dövlət Proqramında müəyyən edilmiş hədəflərin yerli səviyyədə icra vəziyyətinin öyrənilməsi və nəticələrin təhlili nəzərdə tutulur.



Xəbəri paylaş







































0772703001 