Şəmkirdə növbəti əmək yarmarkası keçirilib Fotolar

Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialının və Şəmkir Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şəmkir rayonunda növbəti əmək yarmarkası keçirilib.
Mubarizciler.az xəbər verir ki, Şəmkir Olimpiya İdman Kompleksində təşkil olunan tədbirdə müxtəlif iqtisadi fəaliyyət sahələrini təmsil edən 14 müəssisə tərəfindən 92 vakant iş yeri işaxtaran vətəndaşların diqqətinə çatdırılıb.
Yarmarkada iştirak edən işəgötürənlər sırasında rayonda fəaliyyət göstərən “Zəyəm Texnologiyalar Parkı”, “ATS Food” (Çörəkçi), “Şəmkir Aqropark”, “Şərq Ulduzu” və “Azərxalça” kimi iri müəssisələrlə yanaşı, fərdi sahibkarlar da yer alıblar.
Tədbir iştirakçıları təqdim olunan vakansiyalar barədə ətraflı məlumat əldə edib, öz bilik və bacarıqlarına uyğun iş yerləri ilə maraqlanıblar. Müvafiq tələblərə cavab verən namizədlərin CV-ləri qəbul olunub, onların işlə təmin olunması istiqamətində müvafiq göndərişlər verilib.
Əmək yarmarkası çərçivəsində vətəndaşlara Dövlət Məşğulluq Agentliyinin həyata keçirdiyi aktiv məşğulluq proqramları və tədbirləri, eləcə də Gəncə Peşə Hazırlığı Mərkəzində təşkil olunan peşə hazırlığı kursları barədə məlumat təqdim edilib.



Xəbəri paylaş







































0772703001 