Xəbər lenti
2-09-2026, 15:00
 

Bir ayda Bakıda 372 kq-dan çox narkotik aşkarlandı - Həbslər var+Video

Tarix: 17-07-2026 22:01     Baxış: 1 519

Polis əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri fasiləsiz davam etdirilir.

Mubarizciler.az DİN mətbuat xidmətinə istinadən xəbər verir ki, son bir ay ərzində Bakı şəhərində polis orqanlarının keçirdiyi əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı ümumilikdə 199 fakt aşkar edilib.

Onlardan 192 fakt üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanılıb, 7 fakt üzrə isə inzibati icraat aparılıb.

Həmin faktlar üzrə 161 nəfər barəsində həbs və digər qətimkan tədbirləri seçilmişdir.

Nəticədə qanunsuz dövriyyədən 372 kiloqram 685 qram heroin, marixuana, tiryək, metadon, həşiş, metamfetamin olan narkotik vasitə və psixotrop maddə aşkar edilərək çıxarılıb.

Hazırda bu istiqamətdə əməliyyat-axtarış və profilaktik tədbirlər davam etdirilir.







Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar