Deputat və İcra başçısı şəhid ailəsini ziyarət etdilər Fotolar

Tərtərin İcra başçısı Milli Məclisin Deputatı ilə birlikdə şəhid Şəldiyev Talıbın ailəsini ziyarət edib.
Mubarizciler.az xəbər verir ki, Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov Milli Məclisin deputatı Anar Məmmədov, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə Kəngərli kəndində Birinci Qarabağ Müharibəsi şəhidi Şəldiyev Talıb Əli oğlunun ailəsini ziyarət edib, şəhidin həyat yoldaşı Şəldiyeva Şahnaz Kərəm qızı ilə görüşərək ailənin qayğıları və ehtiyacları ilə maraqlanıblar.
Görüşdə Vətən müharibəsi şəhidi Qəmbərli Qəmbərin atası Bəhruz Qasımovda iştrak edib.
Qeyd edək ki, şəhid Şəldiyev Talıb Əli oğlu 5 aprel 1966-cı ildə Tərtər rayonunun Sarov kəndində anadan olmuşdur. Sarov kənd orta məktəbinin 8-ci sinfini bitirdikdən sonra Bərdə rayonundakı 105 nömrəli Texniki Peşə Məktəbində sürücülük ixtisası üzrə təhsil almışdır. O, 14 aprel 1993-cü ildə Azərbaycan Respublikasının Milli Ordusuna səfərbər olunmuş, Ağdərə bölgəsinin erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 23 iyul 1993-cü ildə Levonarx kəndi ətrafında gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olmuşdur.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanmım Əliyevaya öz minnnətdarlıqlarını bildiriblər.



Xəbəri paylaş







































0772703001 