Xəbər lenti
13-07-2026, 10:33
 

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində əməliyyat müşavirəsi keçirilib Foto

Tarix: 16-07-2026 22:11     Baxış: 490

İyulun 16-da Azərbaycan Respublikası Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbovun sədrliyi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2026-cı ilin birinci yarımili ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

Mubarizciler.az xəbər verir ki, Müşavirəni giriş nitqi ilə açan Baş İdarə rəisi bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, dövlət idarəçiliyində şəffaflığın və hesabatlılığın artırılması, vətəndaş-məmur münasibətlərinin sağlam əsaslar üzərində qurulması, bürokratik maneələrin aradan qaldırılması və dövlət xidmətlərinin rəqəmsallaşdırılması istiqamətində ardıcıl hüquqi və institusional islahatlar həyata keçirilib.

Qeyd olunub ki, korrupsiyaya qarşı mübarizə tədbirlərinin sistemli və kompleks şəkildə davam etdirilməsi, vətəndaşların hüquq və qanuni mənafelərinin qorunması, korrupsiya hüquqpozmalarının qarşısının alınması, aşkar edilməsi və araşdırılması hesabat dövründə də Baş İdarənin fəaliyyətinin əsas istiqamətlərini təşkil edib. Daha sonra Baş İdarə rəisi hesabat dövrü ərzində Azərbaycan Respublikasının Baş prokuroru cənab Kamran Əliyevin müəyyənləşdirdiyi vəzifələrin icrası üzrə Baş İdarə tərəfindən digər prokurorluq orqanları ilə birlikdə cinayətkarlığa qarşı mübarizə və vətəndaş məmnunluğunun təmin olunması istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. Baş İdarədə baxılmış müraciətlər, cinayət xarakterli məlumatlar, həyata keçirilmiş əməliyyat-axtarış və qabaqlayıcı tədbirlər, başlanmış, ibtidai istintaqı tamamlanmış və məhkəmələrə göndərilmiş cinayət işləri, vurulmuş maddi ziyanın ödənilməsi və əmlak üzərinə həbs qoyulması, habelə beynəlxalq əməkdaşlıq istiqamətində görülmüş işlər barədə statistik məlumatları müqayisəli şəkildə təhlil edərək müşavirə iştirakçılarının diqqətinə çatdırıb.


Ətraflı: https://genprosecutor.gov.az/az/post/9395




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar